Hər yetən gözələ “gözəl” demərəm,Gözəldə gərəkdi işvə-naz ola.Buxağından ətri-bənövşə gələ,Qoynu gülşən ola, bahar, yaz ola.

Hər görəndə həsrətilə sarışa,Deyə, güləşirin-şirindanışa.Əldəyəndətez-tezküsə, barışa,Ortalıqdasöhbətola, sazola.

Nəuzun, nə gödək, münasib gərək,Ağzı, burnunazik, dodaq kip gərək,Əndambüllur, bədən güldən saf gərək,Baxtınvura, bunişandaqızola.

Ərdən boşanmışdan biraz kənardur,Əriöləngözələbax, boynunu bur.Ələsgər, torunu sən tərlana qur,Bəlkə, tora düşən bir şahbaz ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring