Baş endirir
Ələstidən «bəli» deyənSübhana baş endirir.Məhəmmədə nazil olanQur'ana baş endirir.Özü birdi, adı minbir,Vəhdəhuəl-laşərik;Əhli-mömin körə bilməz,Pünhana baş endirir.
Ölməyincə bu sevdadanCətin dönəm, usanam;Həqiqətdən dərs almışam,Təriqətdən söz qanam.Şahi-Mərdan sayəsindəElm içində ümmanam;Dəryaların qaydasıdır,Ümmana baş endirir.
Biçarə Aşıq Ələsgər,Olma elmə nabələd;Danışanda doğru danış,Sözün çıxmasın qələt.Çox qazansan, az qazansan,Beş arşın ağdı xələt;Mal-dövlətə baş endirənƏfsana baş endirir.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-bas-endirir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Bir nigari-novbaharın gül camalın istərəmBir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Düşdüm əzəldə zülfünə, dam olmadan hənuzDüşdüm əzəldə zülfünə, dam olmadan hənuz,İçdim ləbin şərabını, cam olmadan hənuz.