Dar günümdə yetiş dada,Ya Şahi-Mərdan ağa!Nitq ver, meydan içindəQoyma sərgərdan, ağa!Həm Əlisən, həm Vəlisən,Həm səxisən, həm səxa,Həmi dildə zikrim sənsən,Həmi əzbərdən, ağa!

Can fəda qıllam yolunda,Ya Əmir əl-möminan!Tutdun Rəsulun irahın,Xatəmin aldın nişan.Yunisə munis olub,Nuha oldun kəştiban;Xızırla irfana girdin,Sirrini etdin nihan;Nuri-pakın zülmatıGöstərdi yerdən, ağa!

Günahkar, kəmtər qulunam,Qəbul eylə duamı!Zahir sənsən, batin sənsən,Dü cahanın imamı.Yet dada, Şahi-Qəşəmşəm,Darda qoyma islamı!Təbdil olub fani dünya,Kəc dolanır nizamı;Mərd iyidi xilas eyləBöhtandan, şərdən, ağa!

Möminlərin pənahısan,Aləmlərin sərvəri.Fəth etdin Büllur-Əzəmi,Neçə tilisimləri.Əntərə zərbət vurandaLərzə saldın yerləri;Ol xudadan əmr olundu,Cəbrayıl tutdu pəri,Şəninə "afərin", "əhsən!"Gəldi göylərdən, ağa!

Səmimə bir səda yetdi,Bu xəbərdən qorxuram;Əndamıma lərzə düşüb,Yerbəyerdən qorxuram;Sağ dəstimdə xeyir əməlim,Solda şərdən qorxuram;Həmi sindən, həm Siratdan,Həm məhşərdən qorxuram;Kəsmə zərrə iltifatınQul Ələsgərdən, ağa!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets