Bir şair çıxıbdı YekəallardanBəyənməyib göyçəlinin kərməsin.Simeh tapıb, heç qurtarmaz azardan,Onun dərdin heç gözlülər görməsin.

Birisi molladı, biri kalvayı,Haqq özü buyurub mehmana sayı.Adı şair, özü himarın tayı,İncidib, qonağa zəhmət verməsin.

Molla Əli naməni yazandan bəri,Bu söz çox incidir qul Ələsgəri.Tavaqqam var, Şəmsəddinin bəyləri,Acıqlanın çal köpəyə, hürməsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets