Tanıram əslini, söyüddü zatın,Uca boy verərsiz, barınız olmaz.Dildən dost olarsız, könüldən əyri,Doğru-dürüst etibarınız olmaz.

İslama haramı halal bilərsiz,Şəriətdən kənar mətləb dilərsiz,Əysik danışarsız, artıq gülərsiz,Namus, qeyrətiniz, arınız olmaz.

Ələsgər ərz eylər, ariflər qana,Gövhər sözü eyləyirsiz əfsana.Qəlbdən xainsiz Şahi-Mərdana,Məhşər günü mədədkarınız olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets