Bir közəl keçdi qarşıdan,Sallandı, yana yeridi.Kirpik çaxdı, oğrun baxdı,Od saldı cana, yeridi.

Ovçu tək bərədə durdu,Qaşlarından kaman qurdu,Müjganın sinəmə vurdu,Qəmzəsi qana yeridi.

Hanı belə huri, qılman?!Eyləmir dərdimə dərman.Çeşmim yaşı olub ümman,Yaşılbaş sona yeridi.

Camalın bənzətdim aya,Əhsən qüdrət verən paya.Endirib salmadı saya,Dost mehribana, yeridi.

Dedim: qız, getmə, amandı,Ələsgər oduna yandı.Dedi: qocadı, pirandı,Mərdü-mərdanə yeridi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets