“Bismillahir-rəhmanir-rəhim!” – deyib,Sidq ilə çağırram Şahi-Heydəri.Xişmə gəlib, bir əlində götürdüSəksən min batmanlıq dəri-Xeybəri.

Həsən əl-müctəba aləmə rəhbər,Hüseyni-şəhiddi şafeyi-məhşər,İmam Zeynalabdın dilimdə əzbər,Qoyma darda mən zəlilü müztəri!

Məhəmməd Bağıra var iltimasım,İmam Cəfərə bağlamışam xilasım,Borcluya zamindi Museyi-Kazım,Qurtarıbdı dardan çox zəlilləri.

Qərib imam Rza – Xorasan şahı,Sidq ilə çağıran heç çəkməz ahı.Məhəmməd Tağıdı aləm pənahı,Ona qurban dedim bu canü səri.

Əliyyən Nağıdı aləmdə əla,Bir səri min dərdə olub mübtəla.Istəyirsən, müşgül işin həll ola,Sidqi-dillə çağır Həsən Əsğəri.

Mehdinin şəninə gəlibdi ayat,Isminə möminlər verir salavat.Yovmi-ərəsətdə etmə xəcalət,Yandırma odlara qul Ələsgəri!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets