Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!O cami-ləlfam ilə bu xamı bir xumar eylə!

İrəm bağın tamaşa eylədim deyri-müğan içrə,O darül-eyşi sən, yarəb, həmişə laləzar eylə!

Vərə vaxtı deyil, zahid, bu təsbihi qoy əldən bir.Gətir səccadəni, ver meyfüruşə bir qərar eylə!

Ləbi-meyguni-saqi, sağər ilə həlqeyi-rindan,Bu cəmin içrə, yarəb, sən məni bir meygüsar eylə.

Qüruri-ruzə xüşk etmiş səni, zahid, nə qafilsən,Bu təzviri riyadən keç, xudadan bircə ar eylə.

Bihəmdillah, gözün var, kor deyilsən, cənnət istərsən,Qədəm qoy bir xərabətə səhərdən, bir nahar eylə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəbati, aşiqəm mən rindlər bəzmindəki halə,Bəli, billah, bu qövmün itlərinə can nisar eylə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love