Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaKi, salsın bu gülüstanə genə bir şurişü qovğa.
Tutubdur qəm mətaım aləmi, amma nə hasil kim,Tapılmaz bir nəfər adəm ki, çalsın bircə pul sövda.
Məni bir muy ilə zəncirə çəkmiş bir pəri təl’ət,Dəhanı qönçeyi-xəndan, buxaqi lö’lövü lala.
Biyabani-cünunu ləşkəri-eşqim tutub hər yan,Bu taci-səltənətdən əl götürrəm bir də mən haşa!
Fəna mülkün tutub, seyr eylərəm iqlimi-təcridi,Dəlilim zikri-”əlhafiz”, rəfiqim hümməti-mövla.
Nə olsun, bundan artıq lütfi-həqq bir bəndəyə, şamil,Ənisin şahidi-qüdsi, məqamın sayeyi-Tuba.
Nədən məst eyləməz, bilməm, məni bu badeyi-gülgunKi, mədhuş eyləyib çoxdan məni bir gözləri şəhla.
Libası-fəqrdən bəsdir mənə bu xirqeyi-pəşmin,Təni-üryanimə uymaz mənim bu ətləsi diba.
Edib mülki-Qəradaği mənim bu təb’i-sərşarım,Qəradağ əhlinə bir bağrı dağlı laleyi-həmra.
Götür bir baş məzarından, dur, ey Məcnuni-biçarə,Gözün aç , bir tamaşa qıl, budur gör sən deyən Leyla?
Maqta — the closing couplet bearing the poet’s pen name. Əcəb tutdun, Nəbati, barəkallah, eşq damanın,Yeri , gözlə, itirmə bu yolu, çək hay-hu ilqa!
Kitabxana.az · https://kitabxana.az/en/works/ebulqasim-nebati-ne-olmus-bilmirem-yareb-hani-bir-bulbuli-seyda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey könül, sən sevdiyin ol nazlı afət özgədir,Bülbüli-şeydayə gülzari-lətafət özgədir!
خوشا تبریز و فیض صبح و شامشالهی تا ابد باشد نظامش
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,