Ay Pəri
Könlüm gülzannda, qış mövsimində,Açılıb təzə gül, di dər, ay Pəri!Həsrət öldüm, heyif görmədim üzün,Qaldı qiyamətə didar, ay Pəri!
Çəkin getsin, mən minmənəm yad ata,Sevə bilməz özgə oğlun yad ata,Bu yorğun maralı qoyma yad ata,Özün xədənginə didər, ay Pəri!
Keçə bilməm, bu dəryalar dərindir,Ölənə tek yerim sənin dərindir.Dur ağacdan almalan dər, endir,Bir-bir otaqlara didər, ay Pəri!
Xoş yaraşır bazubəndlər bu qara,Sona tellim, sənə düşməz bu qara,Bundan artxq dözmək olmaz bu qara,İnsafa gəl, dur aç didar, ay Pəri!
Ömrüm başa gəldi uzun gecələr,Bu yatmamaq vallah, məni gic elər.Niyə bilməm Gülgəz ünü gec elər?!Dur gəl ki, vaxt oldu di dar, ay Pəri!
Həsrət toxmun mən də əkdim dəminə,Səni allah, atdan düşmə, de minə.Bir düşəsən Nəbatinin dəminə,Səni tərlan kimi didər, ay Pəri!
Kitabxana.az · https://kitabxana.az/en/works/ebulqasim-nebati-ay-peri
Use ← → keys to move, R for a random poem
More by this author
Olu yarəb ki, düşə daməni-canan əlimə,Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.
Billəm ki, edər axir ol nərgisi-məstanəBilləm ki, edər axir ol nərgisi-məstanəBu aşiqi şeydanı Məcnun kimi divanə.
Gülğülə saldım genə nöhfələki-əxzərəGülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.
Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayəƏgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə,Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə.
Poems by other poets
Çox irad tutmuşuq bir vaxt hər şeyə,Tənəli sözlərdən pörtmüşük bəzən.
XanımBir söz deyim qulluğuna:Ərzim al xanım, al, xanım.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Verəli dil o qarə tellərə naşad olubamVerəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.