Ey badi-səba, güzar qıl Təbrizə,Aləmdə qalıb ümidimiz bir sizə,Ol sərvqədin kuyinə düşsə güzərin,Bu naməni ver o zülfi ənbərrizə.-Saqi, gətir ol cami-zərəfşanı görək,Sal gərdişə bir o rahi-reyhanı görək,İsgəndərə söylə getməsin zülmatə,Göstər ona bir o abi-heyvanı görək.-Divanə könül, bəsdi fəğan eyləmə çox,Razi-dilimi xəlqə əyatı eyləmə çox.Xamuş otur, feyzi-əzəl tap, özünüƏbnayi-zəmanə həmzəban eyləmə çox.-Saqi, genə əyyami-gülüstan oldu,Gül təxtə çıxıb, çəməndə sultan oldu.Hər rindü gəda deyir mənəm şahi-cahan,Hər qübbərə bir bülbüli-xoşxan oldu.-Saqi, mənə bir cam o meydən ver, ver,Bir türfə xəbər o bəzmi-Keydən ver, ver,Mütrüb, dur əyağə, rəqs qıl məstanə,Dadi-dilimi nəvayi-neydən ver, ver.

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern