Genə fələklər ünüşdüQurban-qurban sədasından.Məəttəl qalmışam, billah,Aşiqlərin ədasından.

Mövcə gəldi gözüm yaşı,Alışdı bağrımın başı.Səs götürüb dağı-daşı,Bu Məcnunun nəvasından.

Getdi gözümün qarası,Getməz sərimdən havası,Elə bil, tərlan balasıCüda düşüb yüvasından.

Kəsildi könlümün zarı,Tükəndi səbrü qərarı,Bir yol öldür qurtar bari,Bu hicranın bəlasından.

Gəldi Nəbati divanə,Kənar durun, qaçın yanə,Baxmaz o xanü sultanəHəzər qılın xətasından.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets