Genə gəldi bahar fəsliBülbül gəldi dadə, dadə,Əhməri güllər açıldı,Saqi, gətir badə, badə!

Genə səbz oldu çəmənlər,Güldən bəzəndi gülşənlər,Cıxmış seyrə gülbədənlərHamı üzü sadə, sadə.

Vəh vəh güldür bu ya lalə,Gül üzünə qonub jalə,Saqi, dur, ver bir piyaləDəli Fərhadə, Fərhadə.

Yar yolunda verdim başı,Yastıq etdim qara daşı,Döndü, billah, gözüm yaşıŞətti-Bağdadə, Bağdadə.

Dəli könül, qəm zamanı,Çox etmə ahü fəğanı,Çağır Şahi-lafətanı,Yetsin fəryadə, fəryadə.

Saqi, dur, ver bircə cağər,Dindən döndüm, oldum kafər,Tapammadım, qaldı gövhər,Qəri-dəryadə, dəryadə.

Nəbati, dur hər səhərgah,Oxu həmdü qülhüvvəllah,Qalmadı əlhəmdülillah,Arzun dünyadə, dünyadə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern