Qəlbimdə yenə saf, ləkəsiz güzgünü gördüm,Mən orda böyük eşqimin öz mülkünü gördüm.Uçdum dağa bir duma qatarıyla bərabər,Göy göldə bu rəqqasələrin rəqsini gördüm.Endim Xəzərin sahilinə, yelkənə bənzərQuş ordusunun qar kimi ağ köksünü gördüm.Sən bəxtimə bax, ayna kimi mavi sulardaAxşam ayı, ulduzları, gündüz günü gördüm.Hər tərpənişi naz dolu şıltaq ləpələrdəSandım ki, mən öz sevgilimin əksini gördüm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love