Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!

Yağla dabanlarını çıx gərdişə,Şəhrdə iqdam elə bu xeyr işə,Zərrəcə lə’nət oxuma keçmişə,Zərrə varındırsa vəfa, şeyx əmi,Gərdişə çıx, qılma həya, şeyx əmi!

Əlli bir evdə döşəsən süfrəni,Şəhri yesən bil ki, doyurmaz səniEylə ləbaləb neçə gün mə’dəni,Qoyma bir ev boşda qala, şeyx əmi,Müntəzirindir «nücəba» şeyx əmi!

Bir neçəsi satmış evindən qazan,Yorğanı da baqqala vermiş, inan,And ola əmmamənə, yoxdur yalan,Qalmamış evlərdə tava, şeyx əmi,Oldu bütün badi-həva, şeyx əmi!

Kefli tutub şəhri varındır xəbərGör neçə lül qənbər olub şiələr,Sən hələ bas qarnını, ay bəxtəvər,Fəxr eləsin qoy üləma, şeyx əmi,Müntəzirindir «nücəba» şeyx əmi!

Eylədi tə’sir nəsihətlərin,Bayramı tərk etmədi ümmətlərin,Çünki qalır mayəsi bid’ətlərin,Gündə çalır tazə hava, şeyx əmi!Müntəzirindir «nücəba» şeyx əmi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məzhəkələr məscidi

Hacı Səməd xan bütün məscidləri və təkyələri canlandırdığı kimi, məşhur dübbələrl məscidini – Mir Müfid ağanın məscidini də rövnəqləndirməyə çalışırdı, çünki camaat bu məscidə bütün məscidlərdən daha artıq gəlirdi.Əmir bazarı və hallac bazarı kimi camaatın oynaq yerində olan bu məscid hər gün saat dörddən camaatla ağızbaağız dolu olurdu.

11 min
Çarın təzə nökəri

Xariciyyə naziri Sazonov Tehrandakı rus səfiri Etter vasitəsilə Hacı Səməd xanın Azərbaycandan çıxarılması məsələsini Təbriz konsuluna xəbər vermişdi. Hacı Səməd xan isə özünün Təbrizdə qalmaq arzusunun qəbula keçməyəcəyini bildikdən sonra, «öz məmləkətimdir, qalıb hökumət sürəcəyəməp deyə bir neçə gün Rusiya konsulunun xəbərdarlığına əhəmiyyət verməmişdi.Rusiya konsulu onun hökumətdən xaric edilməsi məsələsini heç bir vəchlə təxirə sala bilmirdi, çünki Tehranda Almaniya və Türkiyə səfirlərinin cavan şahla müzakirəyə girişməsi və İranı alman-türk ittifaqına daxil etməsi təlaşları necə ki, Rusiya hökumətin, eləcə də ingilisləri rahatsız edirdi.

19 min
Büllurinin məktubu

Təhlükə yaxınlaşırdı. İranı osmanlı-alman ittifaqına sürükləmək üçün qurulan planlar həyat səhnəsinə keçməyə başlayırdı. Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçil öz xain düşüncələrini həyata keçirməkdə idilər. Onlar İttəhadi-tərəqqi firqəsinin göstəriş lərinə görə Kərkük və Süleymaniyə sancaqlarında könüllü ordu təşkilinə başlamışdılar.Könüllü ordunun komandanı sabiq ərkan-hərb zabitlərindən Helmi bəy, ordunun siyasi rəhbəri və təşkilatçısı isə İbrahim Fovzidən ibarət idi.

5 min
Nabat xanım

Sərdar Rəşid yerli camaatın əhvali-ruhiyyəsini öyrənmək və çar konsuluna xəbər vermək üçün osmanlıların mənfəətinə təbliğata başlamışdı. Bu təbliğatın nəticəsində bir çox avamlar aldanır və osmanlı tərəfdarı olduğunu izhar etməklə bir neçə saatdan sonra həbsə alınır və konsulxananın sərəncamına göndərilirdi.Sərdar Rəşidin bu siyasəti ilə tanış olanlar Hacı Səməd xanı arzulamağa başlamışdılar, çünki Hacı Səməd xanı hər kəs bir çar nökəri kimi tanıdığından ehtiyatını əldən buraxmırdı. Sərdar Rəşidə gəldikdə onun yanında nə kimi bir mövqe tutmaq və kimin nəfinə və kimin zərərinə danışmaq lazım olduğunu anlamaq çətin idi. Sərdar Rəşid Təbrizdəki alman tərəfdarları ilə əlaqəyə girmişdi. O, bir hakim olmaqdan daha çox, bir xəfiyyə və bir iandarm idi.

31 min

Poems by other poets · Satire