Nabat xanım
Page 1 of 5
Sərdar Rəşid yerli camaatın əhvali-ruhiyyəsini öyrənmək və çar konsuluna xəbər vermək üçün osmanlıların mənfəətinə təbliğata başlamışdı. Bu təbliğatın nəticəsində bir çox avamlar aldanır və osmanlı tərəfdarı olduğunu izhar etməklə bir neçə saatdan sonra həbsə alınır və konsulxananın sərəncamına göndərilirdi.
Sərdar Rəşidin bu siyasəti ilə tanış olanlar Hacı Səməd xanı arzulamağa başlamışdılar, çünki Hacı Səməd xanı hər kəs bir çar nökəri kimi tanıdığından ehtiyatını əldən buraxmırdı. Sərdar Rəşidə gəldikdə onun yanında nə kimi bir mövqe tutmaq və kimin nəfinə və kimin zərərinə danışmaq lazım olduğunu anlamaq çətin idi. Sərdar Rəşid Təbrizdəki alman tərəfdarları ilə əlaqəyə girmişdi. O, bir hakim olmaqdan daha çox, bir xəfiyyə və bir iandarm idi.
Nəhayət, sərdar Rəşid demokratların arasına yol tapmağa başladı. Onlardan bir neçəsini ələ alaraq bütün demokratların siyahısını ələ gətirməyə çalışırdı. Şeşgilanlı Rzabalanın son günlər iclasa vaxtında gəlməsi, axıra qədər oturub müzakirələrdə iştirak etməsi və demokratların kimlərdən ibarət olduğunu Tütünçüoğlundan və başqalarından öyrənməyə çalışması bizim şübhəmizə səbəb olmuşdu. Buna görə də onu nəzarət altına almışdıq. Biz bu xaini nəsihət və qorxutmaqla tutduğu yoldan qaytarmağı düşünürdük. Onu öldürtmək də yaramazdı, çünki o, təzəcə bizim dostumuz Nabat xanıma evlənmişdi. Nabat xanımı bədbəxt etmək istəmirdik. Lakin Rzabala bizim üçün ən qorxulu bir adam sayılırdı. Bu bizim bütün yoldaşlarımızın həbsə alınaraq Rusiyaya sürülməsinə səbəb olacaqdı. O məni də, Ninanı da məhv edəcəkdi, çünki Nabat xanım Məşədi Kazım ağanın baldızı qızı olduğu üçün, Rzabala da bir neçə dəfə Məşədi Kazım ağanın evinə gəlmiş, mənim və Ninanın həyatı ilə də tanış olmuşdu. Buna görə də o öz casusluğuna birinci olaraq məndən, Ninadan və Məşədi Kazım ağadan başlayacaqdı. Buna şübhə yox idi.
Mən Rzabalanın düşmən qərargahına düşdüyünü Məşədi Kazım ağaya anlatdım, o, qorxusundan titrəməyə başladı. Mən bu sirri ona verməkdən peşman oldum, çünki onun özü də canının dərdindən bizi sata bilərdi. Bu fikirlə də mən onu sakit etməyi qərara aldım və:
– Təlaşa və həyəcana lüzum yoxdur, hələlik Rzabala işə başlamamışdır, lakin biz hər ehtimala qarşı ehtiyatlı olmalıyıq, – dedim,
– bu barədə dərin düşünmək lazımdır.
Məşədi Kazım ağa çox düşündü, nəhayət:
– Çağırıb pul verək bizdən əl çəksin, – dedi.
– O özünün xəfiyyə olduğunu boynuna götürərmi?
– Bəs necə olsun?
"Nabat xanım vaxtı ilə qaraçı evində nicat verdiyimiz qızdır.
– Siz Nabat xanımı mənim yanıma çağırmalısınız, – dedikdə o sevinərək:
– Yaxşı yadıma saldın, Nabat xanım bu saat bizdədir, – dedi.
– Gedib ona məndən salam yetir, mənim onu görmək istədiyimi xəbər ver.
Məşədi Kazım ağa getdi, mən oturub düşünürdüm. Əvvəla, onun cəsarət edərək mənimlə görüşə gələcəyinə inanmırdım, çünki o öz ərindən qorxurdu. O, icazəsiz məscidə və hamama getdiyi üçün Rzabalanın onu cəzalandırdığını eşitmişdim. Bu barədə onun qardaşı Pərviz də mənə söyləmişdi.
İkincisi də, məsələni ona nə cür izah edəcəyim haqqında düşünürdüm. Nabat xanım inqilaba qiymət verməyə də bilərdi. O, ehtimalıma görə, ərindən qorxaraq onun sözündən çıxmağa və onu satmağa cəsarət etməzdi. Buna görə də Nabat xanımı Rzabalanın əleyhinə istifadə edə bilməyəcəyimi düşünürdüm.
Qapı açıldı, Nabat xanım başında çarşab içəri dirdi. Mən onun çarşabını götürəcəyinə heç də inanmırdım, lakin bu barədə səhv etdiyimi çox tez anladım. O, çarşabını götürüb divanın üstünə atdı. saçlarını sahmana saldı, sonra gəlib mənim əlimi sıxaraq oturdu.
– Mən sizin icazəniz olmadan çarşabımı götürdüm, – dedi. – Bu barədə əfv ediniz. Mən öz qardaşımdan daha artıq sevdiyim və namusuna inandığım bir zatın yanında çarşablı oturmaqdan utanıram. Zatən bu çarşab bizim üçün çəkilməz bir yükdür, bilmirəm biz nə vaxt bu ağırlıqdan qurtaracağıq?
Mən Nabat xanıma çox diqqətlə baxırdım. O mənim qaraçı evində Rəfizadə və Mahmud xanın pəncəsindən qurtardığım Nabat xanım idi. Lakin tamamilə dəyişmişdi. Əvvəla, mən onu Hüsni xanımın (Şümşad xanımın) evindən qurtardığım zaman o bir təbrizli qadını qiyafəsində idi, hazırda o tam mənası ilə avropalı bir qadın idi. Onun saçları da qaraçı evindən qurtardığı gecədəki kimi pərişan və pozğun deyildi. O, saçlarını dalısında toplamış və üstünə parlaq daşlı bir daraq taxmışdı.
İkimiz də düşünürdük. Mən məsələni nə cür izah edəcəyim haqqında, o da birinci kərə bu evə necə düşdüyünü xəyalına gətirir və düşünürdü. Nəhayət, mən sükutu pozaraq danışdım:
– Mən hər sözdən qabaq Nabat xanımın xeyir işini təbrik edirəm,
– dedim.
Bu sözdən sonra Nabat xanımın yanaqlarında bir qırmızılıq hiss etdim. Utanan kimi oldu və başına hərəkət verərək:
– Təşəkkür edirəm! - dedi. – Lakin qardaşa deməliyəm ki, xeyir işimizdə təbrik ediləcək bir şey yoxdur, siz mənim həyat tariximdəki bədbəxtliyi tamamilə bilirsiniz. Əvvəlcə məni bir dəliyə namizəd edirdilər, bu namizədliyin pərdəsi altında nə kimi xəyanət yatdığını bilirdiniz. Bu bədbəxtlikdən qurtarmaq üçün qaraçı evlərinə fal açdırmağa qədər getdim, nəhayət, başıma olmazın fəlakətlər gəldi. Siz mənə nicat verdiniz, məni namussuz əmimin də əlindən qurtaran siz oldunuz. Bunu mənə qardaşım Pərviz tamamilə danışmışdır. Axırda hazırkı ərim mənə elçi göndərdiyi zaman ailəmiz razı deyildi, mən özüm razı oldum - əqidəli bir adamdır, demokratdır, yaxşı bir ailə düzəldərik, – dedim, lakin yenə də yanıldım.
Mən təəccüblü bir halda soruşdum:
– Nə üçün?
– Onu sizə tanıtmaq üçün uzun saatlar danışmaq lazımdır.
– Hərgah getməyə tələsmirsiniz danışın, dərdinizi deyin, bəlkə də, sizə bir çarə tapa bilərəm.
– Yox, tələsmirəm, o Təbrizdə deyil, iki günlüyə Kavkan şəhərinə gedibdir.
– Ora nə üçün gedib?
– Orada tələbləri vardır. Borclularından birisi ölübdür, pullarını almağa gedibdir.
– Çox gözəl, indi özünüzü sərbəst hiss edə bilərsiniz. Həyatınızdan danışın görüm.
Nabat xanım bir ah çəkdi, onunla da içərisindəki çəkilməz dərdlərin ağırlığını bildirərək sözə başladı:
– Onun məndən başqa da bir arvadı vardır, lakin o qadın nə isə böyük bir dərdə tutulmuşdur. Onun başının ətləri şişib üzünü tutmuşdur. Bumu o qədər böyümüşdür ki, üzünün görünməsinə mane olur, çox qorxulu sifəti vardır, buna görə də ailə içərisində belə üzünə pərdə salır, insana görünmək istəmir. Bundan başqa bir də anası vardır. Yemək, içmək hamısı bir yerdədir. Hər gün haman xəstə və yaralı qadınla üz-üzə oturub bir yerdə yeməlisən, evdə ananın və böyük qadının icazəsi olmadan bir şeyə əl vurmağa qadir deyilsən. Yemək, içmək, oturub-durmaq haman yaralı qadının və qoca anasının icazəsindən asılıdır. Bir şahı pul lazım olursa, ya onun anasından, yainki evin böyüyü sayılan birinci qadından istəməlisən.
– Əcəba, həmin yaralı qadın nədən ötrü evdə saxlanmışdır?
– Çünki Rzabalanın dövləti haman qadınındır. Onu boşadıqda bütün var-dövlətdən əli çıxır. Qadının tayfası da böyükdür, Hacı Mir Manaf Sərrafın ailəsinə mənsubdur. Nə dövlətdən, nə də tayfadan əl çəkə bilmir. Qəribə orasındadır ki, hər cümə axşamı haman yaralı qadının yanında gecələməlidir. Buna görə də mən onun özündən də iyrənirəm. Belə görürəm ki, onun özü də xəstədir, əlindən nə cürə qurtaracağımı bilmirəm.
– Barı özü xəsis deyil ki?
– Xəsisliyi dövləti qədər böyükdür. Övladı yoxdur, böyük xərci yoxdur, kağızlarını yoxladığım zaman sərrafların yanında yüz min tümən əmanət pul qoyduğunu gördüm. Evləri, kəndi, torpağı, ticarəti də ki, sizə məlumdur. Lakin evindəkilər bir qarın ac, bir qarın tox yaşamağa məcburdur. Gündə dörd nəfər üçün yarım ponzaf ət alır.
– Əcəba, bunu dörd adam üçün nə cür təqsim edirlər?l
– Bu ət dörd adam üçün deyildir. Ancaq onun özü üçündür. Əvvəlcə həmin əti yaralı və xəstə qadın yeyir, ətin yağı çıxdığı zaman ondan bir qaşıq götürüb ocağın yanında basdırılmış küpəyə tökməlidir. Bu qış üçün yağ tədarüküdür. Sonra həmin ətin suyundan qatıq aşı bişirib onun hücrəsinə göndərirlər, ətini də axşam düyü üstünə qoyub plov edirlər. Rzabalanın otağına verirlər, ailə isə pendir, çörək və bu kimi şeylərlə ötüşür. Yemək öz yerində dursun, bunsuz da yaşamaq mümkündür. Lakin özləri yaşamağa layiq adamlar deyillər, başıma nə çarə edəcəyimi bilmirəm. Təbrizin adətini də bilirsiniz: ər evindən qaçmaq və tez-tez boşanmaq da namussuzluq hesab olunur. Üstümdə gördüyünüz bu paltarlar və qiymətli daşların hamısını bir tərəfə gedəndə onun anasından təhvil götürməli və yenə də evə qayıdanda sayıb ona təhvil verməliyəm. Mənim heç bir şeyim yoxdur və heç bir ixtiyarın sahibi də deyiləm. Çox heyif olsun ki, Rzabala kimi adamlar da demokratdır, xalqa azadlıq vermək istəyən bu
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-nabat-xanim
Use ← → keys to move, R for a random poem
More by this author
Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi.İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı.
Vasya menşeviklər təsirindəNeçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər.Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü.
Qubernator Nakaşidze vuruldu– Sən tabağını götür burdan çəkil!– Hara çəkilim?
Hökumətin ikinci xəyanətinə qarşıÇar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.
Poems by other poets
Cadu gözünə rahibü tərsa nə münasib?Əyri qaşına taği-kəlisa nə münasib?
Gözün yine kaş yayını kurmış atar ohşarGözün yine kaş yayını kurmış atar ohşarBir yaya degül kanı ola mı çatar ohşar
بر بیدلان گذشت و نکرد این طرف نگاهماییم در زمانه دلی و هزار آه
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi