Page 1 of 2

Çar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.

İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.

May tətillərinin qəhrəmanı olan Montin iyul ayının iyirmisində tutulub Quba şəhərinin dustaqxanasına aparıldı.

Lakin bununla bolşeviklər öz fəaliyyətlərini dayandırmadılar. Onlar hər gün iclaslar keçirir, hökumətin ikinci erməni-müsəlman qırğını hazırlaması haqqında geniş zəhmətkeş kütlələrinə məlumat verir və buna cavab olaraq fəhlələri avqust tətilinə çağırırdılar.

Bu gün Əsgər də iclas keçirmək üçün Bayıl—Bibiheybət rayonuna getmişdi. Oradan çox gec qayıtdı. Balaxanı—Sabunçu rayonuna getmək mümkün olmadığından, o, Vasyanın mənzilinə getməyi, orada keçələməyi qərara aldı.

Gecə saat on birdə Əsgər Vasyanın qapısını döydü, Vasya onu bir köynəkdə qarşıladı. Əsgərin gəldiyindən sevindi: neçə gün idi ki, Pavluşa və başqaları Vasyanı danışdırmırdılar. Yoldaşların hamısı Susanna məsələsində Vasyadan incimiş, onun mənzilindən ayaqlarını çəkmişdilər.

Əsgər Vasyanın otağına göz gəzdirdikdə, doğrudan da otağın əvvəlki otaq olmadığını gördü. Otaq hər cəhətdən dəyişmişdi. Tavanı və pəncərələri abı rənglə rənglənmişdi, qapıdan və pəncərələrdən ağ, nazik və zərif pərdələr asılmış, əvvəlcə qəzet kağızları çəkilən stolun üstünə təmiz bir örtük salınmış, ağ üz dəsmalı əlüzyuyanın yanındakı çəngəldən asılmış, çay dəskahının və yemək qablarının üstünə ağ dəsmal salınmışdı; yatacaq tamamilə dəyişmiş və mədəni bir şəkil almışdı; evin döşəməsində milçək qanadı qədər zibil yox idi. Otağın səliqəli və mədəni bir qadının idarəsində olduğu məlum olurdu.

Vasya Əsgərin çiyninə vurub dedi:

– Görürsən ki, bunların hamısını o qız sahmana salıbdır. Sənin də Pavluşanın başına and olsun ki, bunların heç birisindən xəbərim olmamışdır. Mən ömrümdə belə bir sədaqətli, mərifətli, ədəbli qız görməmişəm. Bir parça qızıldır. Hələ onun marksist bir qız olduğunu və Marksın nəzəriyyəsini tamamilə mənimsədiyini görsən, heyrət edərsən. Amma çox təəssüf ki, yazıq qızın bəxti yoxdur. Yoldaşların heç birisi onu görmək istəmir. Nə üçün? Baş tapmıram! Birisi deyir ki: «Menşeviklər bu gözəl qızın vasitəsilə bolşeviklərin sirlərini almaq istəyirlər». Bəzilərindən eşidirəm: «Vasyanın özü də menşeviklərin xətt hərəkətinə yaxınlaşır». Bir qismi də belə söyləyir: «Vasya bu qızla evlənəcəkdir...»

Doğrudan da qız mənə o qədər bağlanmışdır ki, qonşularımız da bizim ailə düzəldəcəyimizə inanırlar. Lakin mən Əsgərə söz verirəm ki, bu cür fikirlər xəyalıma da gəlməmişdir. Əvvələn, mən evlənmək istəmirəm, ikincisi də, qız çox gözəldir, ailəsi zəngindir, mən onun nazını çəkə bilmərəm. Tutaq ki, qız məni sevir, lakin yenə də onunla mənimki tutmaz. Amma bunu da deyirəm ki, qız bolşevikdir.

Əsgər təəccüblə onun gözlərinə baxıb soruşdu:

– Sən onun bolşevik olduğunu haradan bilirsən?

– Mən də az-çox marksizm və sosializm məsələlərini anlayıram. Görürəm ki, qız məndən daha bilikli, daha qanacaqlı bolşevikdir.

– Elə bu?

– Daha bundan artıq nə olsun?

– Hərgah sən ona marksizmi bildiyi və bu nəzəriyyəni lazımınca mənimsədiyi üçün bolşevik deyirsənsə, bu tamamilə yanlışdır, çünki insan bunları bilməklə yox, onu həyata keçirməklə, o nəzəriyyəyə sadiq qalmaqla, fəhlə hərəkatında iştirak etməklə bolşevik ola bilər. Bilirsən nə var, Vasya? Bir menşevikin bacısı bolşevik ola bilər. Bunu heç də inkar etmək olmaz! Lakin onun doğrudan da bolşevik olmasını öyrənmək və təyin etmək lazımdır. Bolşevikin başlıca sifətlərindən birisi də sayıq olmaqdır. Hər bir bolşevik öz qoşulduğu adamı yoxlamalı və onun nəliyini öyrənməlidir. Bunu bacarmasa, daha o nə bolşevikdir? İndi sənə sual verirəm: o qızı lazımınca öyrənmisənmi? O qız doğrudan da bolşevikdirmi? O qızla bir bolşevik kimi oturub danışmaq olarmı?

Vasya dedi:

– Mən zənn edirəm ki, o qız mənim təsirim altında sənin dediyin bir bolşevik ola biləcəkdir. Sən onun özü ilə bir də danış. O, səhər tezdən bura gələcəkdir. Özü ilə danışsan, görəcəksən ki, qız nə qızdır! Onda görərsən ki, bir çoxları mənə həsəd aparır; onunla danışdıqdan sonra görəcəksən ki, Jenya onun bir dırnağı da ola bilməz. Hər cəhətcə Jenyadan üstündür.

Əsgər çiyinlərini dartdı və dodaqlarını büzüb dedi:

– Sən deyirsən, mən də eşidirəm. Əvvələn, mən burada sən dediyin kimi, Jenya ilə Susannanı müqayisə edə bilmərəm. Doğrudur, mən Jenyanı yaxşı tanıyıram, amma Susanna ilə tanış deyiləm. Onu bir kərə konkada bayıldığı zaman götürüb faytona qoymuşuq. İkincisi də, mən o zaman yalnız qarşımıza çıxan hadisə ilə məşğul idim, qız heç yadıma da düşməmişdi. Gözəlliyə gəldikdə, demək olmaz ki, Jenya gözəl deyil, o həm gözəldir, həm də ədəblidir, tərbiyəlidir. İndiyə qədər mən onun Pavluşanı sevdiyinə dair bir söz danışdığını görməmişəm. Bunların hamısı ilə bərabər Jenya bizim üçün ən səmimi yoldaşdır. O, bolşevikdir. Sən də, Pavluşa da onu anlamırsınız. Mən onun namuslu qız olduğuna heç də şübhə etmirəm.

Vasya özünü yığışdıraraq Əsgərin cavabını verdi:

– Sən Susannanı yaxşı tanısan, onda bilərsən ki, necə dəyərli qızdır. Susanna həmişə siyasi və ədəbi məsələlərdən danışır. Sağlıq olsa, sabah tezdən onu burada görəcəksən və biləcəksən ki, mən sənə yalan satmıram. O bizim dalımızca deyilən sözləri eşitdiyi zaman deyir ki: «Mən elə də iradəsiz qız deyiləm, qoşulmaq və dost olmaq üçün də namuslu adamlar tapmağı bacarıram və bununla fəxr edirəm, dedi-qodulara heç də əhəmiyyət vermirəm. Mənə yoldaş lazımdır. O da sevgi yoldaşı yox, əqidə yoldaşı olmalıdır». Mən bu sözləri onun öz ağzından necə ki, eşitmişəm, elə də sənə deyirəm. Bir hərf artıq demiş olsam vicdanım yoxdur.

Əsgər yavaşcadan gülərək Vasyadan soruşdu:

– Sən kor ilə arvadının nağılını eşitmişsənmi?

Bu sualdan Vasya acıqlandı:

– Sən adam oğlusan ya yox?

Əsgər yenə də gülərək dedi:

– Mən adam oğlu olmadığım haqqında sənə az da olsa bir söz demişəmmi?

– Yox deməmisən!

– İndi ki, deməmişəm, bəs bu nə sualdır?

– Sənin xasiyyətin məni məcbur edir ki, sənə bu qaba sualı verim. Ada, sən adamsan, iki saatdan bəri danışıram, axırda yenə başlamışsan mənə kor ilə arvadının nağılını deməyə. Zarafatın da yeri var. Sən, bir də Ayrapet hərənin quyruğuna bir çöp taxmaq istəyirsiniz. Özünüzün də üç qəpiklik ağlınız yoxdur. İndi səndən soruşuram: mən ölüm, özün de görüm, heç burada nağıl deməyin mənası varmı?

– Vasya, acıqlanma! Yoldaş canı, zarafat eləmirəm. Korun arvadı ilə olan nağılı lap sənin barəndə düzəlibdir.

– Necə yəni mənim barəmdə? Mən hara, kor hara? Korun arvadı ilə olan nağılının mənə nə dəxli var?

– Sən bir acıqlanma! Nağıl o qədər uzun deyil. Qoy nağıl eləyim, sənin haqqında olmasa, durub mənim başıma bir qapaz vur.

– Yaxşı, danış görüm!

– Bizim məhəllədə bir kor var idi. Anadan doğulanda kor doğulmuşdu. Onu evləndirmişdilər. Bir gün o öz arvadı ilə oturub danışırmış, arvadı ərinə deyir: «Çox heyif olsun, sənin gözlərin yoxdur. Sən mənim şuvə rəngli sünbül biçimli saçlarımı görsəydin, həmişə mənim gülər gözlərimi, qara kirpiklərimi, qızılgül yarpağına bənzəyən yanaqlarımı, təzə çırtlamış püstə kimi dodaqlarımı, dodağımın üstündəki qara və biçimli xalımı, yeridiyim zaman bir tavus quşu kimi süzdüyümü, çiynimin üstündən, çeyran kimi dönüb baxdığımı, bütün bədənimin naz və qəmzədən ibarət olduğunu görsəydin, biləcəkdin ki, sən dünyanın ən xoşbəxt bir adamısan».

Kor arvadının bu sözlərini eşitdikdən sonra fikirləşib deyir: «Arvad, sözlərini inkar etməyə, sənə inanmamağa haqqım yoxdur. Ancaq məni şübhəyə salan bir şey var: hərgah sən özün dediyin kimi gözəl olsaydın, səni mənim kimi kora verməzdilər».

Vasya dedi:

– Nə olsun ki, bunun mənə nə dəxli var? Bizim söhbətimiz ilə bunun nə münasibəti?

Əsgər cavab verdi:

– Çox münasibəti vardır. Susanna sən dediyin kimi gözəl, tərbiyəli, mədəni, ədəbli bir qız olsaydı, onu sənə yaxın gəlməyə qoymazdılar. Sən fəqir, həm də bir qızın sevə biləcəyi oğlan deyilsən. Bəlkə də qızların arasında sənin kimiləri sevəcək qədər sarsaqlar vardır... Ancaq o qız ağıllı bir qız ola-ola, sənə yaxın gəlirsə, onun gizli bir səbəbi vardır.


Əsgər saat səkkizdə yerindən qalxıb Vasyanı oyatdı. Əlüzlərini yudular, yorğan-döşəyi yığışdırıb yerinə qoydular, pilətəni düzəldib çay qoymaq istərkən qapı açıldı, abı şlyapalı, nazik qiyafəli bir qız içəri girdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Cülus günü

Fəxrəddin xəlifənin cülus günü münasibəti ilə təşkil etdiyi ziyafətə daxil olduğu vaxt, hökmdarların oturduğu kürsülərə nə qədər göz gəzdirsə də, Toğrulu orada görə bilmədi. Toğrul Atabəy Məhəmməd Bağdada daxil olmadan qabaq, xəlifənin cülus gününü gözləməyərək Bağdaddan çıxmışdı.Ziyafət geniş və böyük bir balkonda düzəldilmişdi. Onun böyüklüyünü qısa bir cümlə ilə təsvir etmək üçün “bu başda oturan adamlar o biri başda oturanların kim olduğunu tanıya bilmirdi”, – demək lazım gəlirdi. Balkonun yuxarı başındakı bir qədər yer boş idi, bura “hərim” deyirdilər. Balkonun baş tərəfində olan zənginlik və ora döşənən qiymətli xalçalar, qızıl ilə işlənmiş və fil sümüyündən qayrılmış taxt, burada xəlifənin oturacağını anladırdı. Taxt çox da uca deyildi, yalnız iki alçaq pillə ilə ona çıxmaq mümkün idi. Taxtın ətrafında ən zərif və qiymətli kürsülər qoyulmuşdu. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. Balkondakı fərşlərin üzərində “ədim” adlanan uzun bir süfrə açılmışdı. Süfrənin o biri tərəfində ipəkdən toxunmuş başqa bir süfrə də var idi. Süfrənin üzərində tünklər, büllur və qızıl qablar, içi buzlu şərbətlə dolu rətllər qoyulmuşdu. Süfrədəki halvalar, mürəbbələr və sair yeməklər təsvirin xaricində idi. Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu.

6 min
Top və çövkan

Meydan Bağdadın xalqına kifayət edəcək qədər böyük idi. Qabaq cərgələrdə əmirlər, vəzirlər, əyanlar və kübar ailələr yerləşmişdi.Elçilər və heyət nümayəndələri üçün başqa yerlər təxsis edilmişdi. Hökmdarlar üçün, xəlifə üçün uca bir yerdə hazırlanmış taxtın ətrafında müəyyən kürsülər qoyulmuşdu.

9 min
Qılınc və qələm

Şimali Azərbaycan xalqının tarixi bugünkü bayram kimi bayramı çox az görmüşdü. Qəhrəman Fəxrəddin Bağdad səfərindən qələbələrlə qayıdırdı. O, Bağdada getdiyi zaman iyirmi nəfərlə getmişdi. Gəncəyə qayıtdığı zaman onu minlərcə atlı müşayiət edirdi.Fəxrəddinin qafiləsi Araz çayından Şimali Azərbaycana keçdiyi zaman onun atının ayaqları altında yüzlərcə qurban kəsildi. Atların yalları və yəhərlərinin qaşı əlvan çiçəklərlə bəzənmişdi. Qızları əsirlikdən qayıdan ailələr Fəxrəddinin qafiləsini qarşılamaq üçün Araz çayının kənarına qədər gəlmişdilər. Qılınc və qələm sayəsində yaradılan bu azadlıq Şimali Azərbaycanda bir bayram hərəkəti şəklinə girmişdi. Qızlar, gəlinlər, gənclər gecə-gündüzü yatmayaraq, yollar üzərində dayanıb qəhrəmanın gəlib keçməsini gözləyirdilər. Əsirlikdən qurtarıb gələn qızların taxt-rəvanları üzərində: “Yaşasın əsirlərə nicat verən Azərbaycan qəhrəmanı!” – sözləri ipək tellər ilə yazılmışdı.

3 min
Köşk-baği-müəzzəm

Qətibənin Bağdadda nə kimi işlərlə məşğul olduğunu, Zəhir Bəlxi və Kəmaləddinlə çıxardığı qərarlarını Atabəy Məhəmməd Səba xanımın vasitəsilə öyrənmişdi. Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər Atabəy Məhəmməd üçün əvvəldən axıra qədər məlum idi.Hələ Nizaminin edamı üçün Bağdaddan adamlar göndərilməsi Atabəy Məhəmmədi təbii halından çıxarmışdı; çünki Nizami kimi bir şairin öldürülməsi, Şimali Azərbaycanda ikinci bir üsyanın doğulmasına səbəb ola bilərdi. Bunun üçün də Atabəy Həmədandan xəlifənin cülusunda iştirak etmək üçün Bağdada hərəkət etdiyi zaman Qətibəyə göndərdiyi məktubunda:

25 min

Poems by other poets