"Dil mirəvəd zidəstəm, sahib dilan xudara!Dərda ki, razi-pünhan, xahəd şod aşikara!"

Asudəlik bu saat, yerdən göyə cahanda,Var isə vardır ancaq İranda hər məkanda:Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda.Qeyrətli Şahsevəndə, hər anda, hər zamanda,Lorlarda, Şıx-Gözəldə, Keşkanda, İsfəhanda,Tehranda, əncüməndə, qabnetdə, parlamanda.İşlər, bütün həqiqət, sözlər bütün güvara,"Dərda ki, razi-pünhan xahəd şod aşikara".

Dalma təfəkküratə, qare, ki işbu halət,Ya kimlərin gücündən İranda etdi nəşət?Əlyövm hər tərəfdən çarpır gözə şikayət,Hər kəsdə vəcdü-şadi, hər yerdə əmnü-rahət,Əhvali-daxiliyyə, bilxeyrü vəssəlamət,Dadü-sitəddə rövnəq, şirkətlə hər ticarət,Xoşdil bütün cəmaət, razi bütün rəiyyət,Asudə hali-millət, dair ümuri-dövlət,Nəzmü-nəsəq mühəyya, leşkər bütün səf ara,"Dərda ki, razi-pünhan, xahəd şod aşikara".

Zənn etmə haziranın, səyilə bimühaba,Bu rütbə, etilalıq, beş gündə oldu bərpa!Yox, yox, xəta edirsən, haşa və sümmə haşa!....Gərçi bular da az-çox, bir iş görüblər, əmma,Keçmiş binayi-xeyrin asarıdır həmana,Qaib müdəbbiranın tədbiridir ki, hala,Etdikləri sədaqət bir-bir olur da peyda,Açdıqları bulaqlar cari olur sərapa,"Hatəssəbuhə həyyu, ya eyyühəssükara!"Dərda ki, razi-pünhan xahəd şod aşikara".

Bunlar əbəsmi yahu, məlulə yoxmu illət?Himmətsizin olurmu, bunca müvəffəqiyyət?!İran səadətində, çoxlar edindi xidmət,Çoxlar bu məmləkətdə göstərdi səyü-qeyrət....Zoncümlə Nəsirəddin,-- haqq eyləsin də rəhmət,Hər beşdə-üçdə etdi, hər səmtə bir səyahət,Hər bir səyahətində, sel tək axıtdı sərvət,Yüksəldi ərşə qarşı, xaki-diyari -- Dara...."Dərda ki, razi-pünhan xahəd şod aşikara".

İştə bunun üçündür, iranlı bilməsərrət,Dünyalara axışdı, olduqca gördü izzət ....Hər şəhri qıl tamaşa, hər səmtə eylə diqqət:Məşriqdə minlər ilə, məğribdə bilizafət.Türkiyyədə ziyadə, Rusiyyədə nəhayət,Çində, Xətadə bəh-bəh! ... həp aşinayi-qürbət,Hər sudə biltəkəssür, hər kudə bizziyadət,İranlıdır görürsən, amma nə şanlı röyət?!Amma nə dadlı didar, amma nə xoş qiyafət!Hər şəxsə zahir ikən, yox ərzi-halə hacət.Tərif üçün və bir də yoxdur dilimdə yara,"Dərda ki, razi-pünhan xahəd şod aşikara".

Hə, indi də Əhəd xan, ol mənbəi-ədalət!...."Abadii" -- vətənçin minbabi-tabəiyyət.Nasir tək etmək istər, isbati-qədri-millət,Bol-bol səyahətindən məqsudu məhz ibrət,Cudü-səxavətindən mən eyləməm hekayətQoy madmazellər etsin tərifini nəhayət,İrana bənzər olsun, qoy səfheyi-Buxara."Dərda ki, razi-pünhan xahəd şod aşikara".

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets