Page 5 of 5 · 80%

– Çox qəribə adamlarsınız ha, mən bilmədiyim işin haqqında nə danışım?

Bu sözdən sonra mən əlimi atıb iş qovluğundan bir kağız çıxarıb oxudum:

«Ruhumuzun qidası olan əlahəzrət Məmmədəli Mirzəyə!

Əlahəzrətin əmrinə görə mən demokrat firqəsinə yazılmışam. Demokratların son günlərindəki fəaliyyəti xalq arasında Müzəffərəddin şah həzrətlərinə teleqram vurmaq və əncümən təşkilinə icazə istəmək üçün təbliğat aparmaqdan ibarətdir.

Hələlik işin qabağına düşən Mir Haşımdır. Xalqı ingilis konsulxanasına girməyə və Samsam xan məscidində bəstə oturmağa təşviq edirlər.

Əncümən qurulmasına ziddiyyət göstərən Mirzə Kərim ağa İmameümə və Mirzə Həsən ağa müctəhidlərin Təbrizdən qovulması üçün təbliğat aparılır. Əlavə əmrinizə müntəzirəm.

Rzabala Şeşgilani

1 mahi-şəban, 1324.

– Sən bu kağızı Məmmədəli Mirzəyə yazmısanmı?

– Bunu siz haradan əldə etmisiniz?

– Sənin yazı mizinin üstündən.

– Bəli, mən yazmışam!

– Təbriz xalqı Mirzə Həsən ağa və Mirzə Kərim ağanı Təbrizdən qovduqdan sonra sən Qızılca meydana Mirzə Kərim ağanın görüşünə nə üçün getmişdin?

– Onun şəhərdəki taxıllarını almaq üçün.

– Mənə bunu isbat edə bilərsənmi?

– Bəli, edə bilərəm!

– Bəs Mirzə Kərim ağanın sənə yazdığı bu məktub nədir?

– Hansı məktub?

– Budur, qulaq ver, oxuyum.

eCənab sərkar Rzabalal

Siz əldə etdiyiniz bütün məlumatı və bizə göndərmək istədiyiniz məktubları Hacı Seyid Məmməd Yezdiyə və Hacı Mirzə Əsədulla müctəhidə təslim edə bilərsiniz. Onlar da dövlətin davamı və islamın əzəməti yolunda çalışanlardır.

İmamcümə Kərim

15 mahi-şəban».

– İndi mənə de görüm, yuxarıda adları çəkilən müctəhidlər əksinqilabçılardı, ya yox?

– Bəli, əks-ınqılabçılardı.

– Sənin bunlarla əlaqən var idimi?

– Bəli, var idi.

– İndi de görüm, ramazan ayında birinci kərə cErmənistanə yaxınlığında Səfi bazarçasının başında, Hacı Məmməd Hüseyn xan Sərtibin evində əncümən təşkil olunduğu zaman, sən hamıdan qabaq millətə və məşrutəyə xəyanət etməmək üçün tacirlər və əyanlarla bərabər Qurana and içmişdinmi?

– Bəli, and içmişdim.

– Bəs nə üçün andını sındırdın?

– Mən Qurana and içəndən bəri heç bir xəyanət etməmişəm.

– Bunu doğrumu deyirsən?

– Məsləkim haqqı!

– Doğru demədin. Məmmədəli şahdan aldığın xüsusi məktublara görə 1325-ci il məhərrəm ayının birində Təbrizdə iğtişaş qaldırmaq üçün sinəzən dəstəsi küçələri gəzdiyi vaxt əncümən üzvü Hacı Mirzə Həsən Milanini güllə ilə vurduran kim idi?

– Xəbərim yoxdur!

– Hərgah xəbərin yoxdursa, Məmmədəli şaha bu barədə yazdığın məktub nə üçündür?

cQibləgahal Zəlil və həqir bəndələriniz əmrinizə itaət edir. Üzvlərdən Hacı Mirzə Həsən Milani vuruldu.

Rza.

2 məhərrəm 1325?

Rzabala başını aşağı salıb danışmırdı. Mən yenə də ona sual verdim:

– Əks-inqilab təşkilatı olan cİslamiyyəə ilə də əlaqən var idimi?

– Bəli, var idi.

Rzabalaya bir çox vəsiqələr nişan verdikdən sonra artıq inkar və imtinanın faydasız olduğunu yəqin etdi və özünün bütün varlığı ilə əks-inqilabçı olduğunu boynuna aldı. O, Rəhim xan və onun oğlu Böyük xan Eynüddövlə, Nizamülmülk və Fərmanfərma ilə əlaqə saxladığını və Səttar xan qərargahından onlara məlumat göndərdiyini boynuna aldı. Artıq o, inqilab məhkəməsinin mərhəmətinə sığınmağa və tövbə etməyə, əfvini diləməyə başladı.

Mən ona bir daha sual verdim:

– Sən demokratların siyahısını sərdar Rəşidə vermisənmi?

– Xeyr, hələ verməmişəm!

” Vermək istəyirdinmi?

– Bəli, verəcəkdim!

“ Səninlə bərabər bu işdə kimlərin iştirakı olmuşdur?

” Məgər Təbrizdə əks-inqilabçı azdır?I

– Mən səndən demokratları, daha açığı bizimlə bərabər işləyən-

ləri soruşuram.

– Corabçı Məşədi Müqim və Ağa Qulam Şəbüstəri idi, bu iki

nəfər ciddi iştirak edibdir. Başqalarından xəbərim yoxdur.

– İndi ki, hər bir şeyi boynuna götürdün, bir məsələni də açıq deməlisən: 9-cu illərin əvvəlində mücahidlərin ərzaq məsələsi sənə tapşırıldığı zaman nə qədər oğurluq etmişsən?1

” Mən bir şahı da oğurluq etməmişəm, halal kəsb etmişəm, puldur, qazanmışam, o zaman xalq pul qazanmırdımı?

– Sən o vəzifəni öz öhdənə götürdüyün zaman pul qazanmaq məqsədi ilə yox, inqilabı müdafiə etmək üçün söz vermişdin, çünki O Zaman çox çətin zaman idi, vəzifələr yoldaşların arasında bölünürdü.

” 25 min tümən qazanmışam, hərgah bunu günah hesab edirsinizsə, hər zaman qaytara bilərəm.

– Bura qədər kifayətdir, daha məsələ tamamilə aydındır, – dedim və yoldaşlara müraciətlə soruşdum: – Rzabalanın haqqında kim danışmaq istəyir?1

Tütünçüoğlu söz alıb danışdı:

– Biz bir çox düşmənlərlə üz-üzə durub döyüşmüşük, hazırda onların bir çoxları ilə də barışmışıq, çünki onların bir qismi şüursuz olaraq bizə düşmən olmuşdu, lakin biz heç vaxt ehtiyatımızı və silahımızı əldən buraxmırdıq. Biz neçə illik mübarizəmizdə yüzlərlə şüursuz düşmənlərlə də üz-üzə gəldik, onlar bizi, biz də onları vurduq. Onlar həqiqətin hansı tərəfdə olduğunu bilmədikləri üçün inqilabın əleyhinə çıxırdılar. Lakin bizi içərimizdən çürüdənlərlə mübarizə apara bilmirdik, çünki onları ifşa etməyə vaxtımız yox idi, onların düşmənə verdikləri məlumatın nəticəsində yüzlərlə yoldaşımız qurban verildi. Rzabala və müqimlərin casusluqları nəticəsində yüzlərlə yoldaşımızı aparıb Dəvəçi əks-inqilabçılarının evlərində qoyun kimi kəsdilər. Bizim cərgəmizdə demokrat maskası ilə çalışanlar, şüursuz düşmənlər deyildi, onlar şüurlu və əks-inqilabın səmimi oğlanları idi, buna görə də biz onlarla barışmamalı və onları ölüm cəzası ilə cəzalandırmalıyıq.

Məhkəmədə iştirak edənlərin hamısı bir səslə Rzabalaya ölüm cəzası tələb etdilər.

Rzabala məsələni ciddi gördükdən sonra, indiyə qədər həyatından artıq sevdiyi sərvətini köməyə çağırdı və onları bir-bir bizə təqdim etməyə başladı:

– Yüz min tümən nəqd pulum vardır. Şəhərin beş yerində mülküm vardır. İki yüz batman torpağım, beş bağım, bir dəyirmanım, yüz əlli min tümən təməssük alacağım vardır. Bunların hamısını inqila» yolunda hədiyyə edirəm, mənim günahımdan keçin, anlamamışam, bir qələtdir eləmişəm, mənə rəhminiz gəlsin. Sizi and verirəm məşrutəyə və Səttar xana, məni öldürməyin!

O, titrəyə-titrəyə məndən cavab gözləyirdi, mən bir kərə:

– Məhkəmənin qərarı ölüm cəzasıdır! – deyib ayağa qalxıb getmək istədiyim zaman o, huşsuz yıxılmışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Susanna

Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi.İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı.

8 min
Vasya menşeviklər təsirində

Neçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər.Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü.

15 min
Qubernator Nakaşidze vuruldu

– Sən tabağını götür burdan çəkil!– Hara çəkilim?

21 min
Hökumətin ikinci xəyanətinə qarşı

Çar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.

13 min

Poems by other poets