Nabat xanım
Page 2 of 5 · 20%
1Yarım ponza – 30 qram miqdarındadır. adamın öz evində əsir və kölələr yaşayır. Mən çox təəssüf edirəm ki, o cürə adamlar, sizin kimi vicdanlı və namuslu adamlarla yoldaşlıq edir. Onların hamısı hiylədir, öz dərisini qorumaq, öz dövlətini artırmaq üçündür, buna siz inanın!
Nabat xanım daha danışmadı, onun dərdləri coşmuşdu və söhbətinə mane olurdu. Bir az da danışsaydı, şübhəsiz ki, ağlayacaqdı. Məsələni ona izah etmək lazım idi, o öz söhbətləri ilə də buna zəminə hazırlamışdı.
– Mən sizin ərinizi çox yaxşı tanıyıram, – dedim, – sizi bunun üçün də yanıma çağırmışam. Bizim cərgələrimizdə elələri də az deyil, buna görə də bizim işlərimiz irəli getmir. İndi mətləbə keçək. Sizin əriniz öz dediyiniz kimi yalançıdır, lakin o bu yalançılıqla da kifayətlənmir. O, demokratları satmağa hazırlanır, o öz xalqına xəyanət etmək istəyir, buna görə də sizi yanıma çağırmışam, bilmirəm bu barədə bizə kömək edə biləcəksinizmi?
Nabat xanımın rəngi dəyişdi, onun üzündə şadlıq nişanələri göründü.
– Mən çoxdan bəri sizin yaxşılıqlarınıza qarşı xidmət etmək istəyirdim. Vicdanım məni rahat buraxmırdı, lakin bir vasitə ələ düşmürdü, indi isə bunu sizin özünüz təklif edirsiniz. Buyurun görüm mən sizə bu barədə nə kimi xidmət etməliyəm?
– Hələlik siz onun dəftərlərini, yazılarını, məktublarını yoxlamaq üçün bizə imkan yaratmalısınız.
– Mən hazıram, lakin bu imkanı nə cürə yaradacağımı bilmirəm.
– Siz bu gecənin özündə qapıları açıb bizimkiləri onun xüsusi otağına buraxmalısınız. Qorxmayın, sizin qardaşınız Pərviz də orada olacaqdır. Yalnız onun yazıları yoxlanacaqdır. Heç bir şey yerindən dəbərilməyəcəkdir. Biz ancaq onu öyrənəcəyik. Sizin birinci xidmətiniz bundan ibarət olmalıdır. Bunu bacara bilərsinizmi?
– Bacara bilərəm. Onun sandığının açarları qoyulan yeri də sizə göstərə bilərəm.
– Evdə nökər-filan vardırmı?
– Heç kəs yoxdur, axşam saat yeddidə qapı bağlanır, böyük qadınla anası bir otaqda, mənsə başqa bir otaqda yatıram, onun özünün otağı da bu iki otağın arasındadır.
Axşamları evinizə qonaqlar gəlirmi?
– Xeyr! Evimizi bir adam tanımaz. O, qonağı sevməz, çünki qonağa bir stəkan çay vermək lazımdır...
– Deyin görüm bizimkilər nə vaxt gəlsin?
– Gecə saat on birdə hamı yatmış olur, mən küçə qapısını açıb gələnləri gözlərəm. Siz özünüzdəmi gələcəksiniz?
– Xeyr, gələnlər Pərviz, Tütünçüoğlu və Həsənağa olacaqdır. Qorxmayın, evinizdən bir tük belə əskik olmayacaqdır.
Danışdıq, razılaşdıq və eyni zamanda onu Rzabalanın əlindən qurtarmağa da söz verdim. O, əlimi bərk-bərk sıxaraq ayrıldı.
Rzabalanın küçə dəhlizi olduqca qaranlıq idi. Qabaqca Pərviz, sonra da Tütünçüoğlu və Həsənağa daxil oldu. Həyət də o qədər işıqlı deyildi, çünki əvvəla otaqlardakı lampalar söndürülmüşdü, ikincisi də, İran həyətlərində fənər yandırılması adət deyildi. Xiyabanın başında bir qaraltı görünürdü. Pərviz qaraltıya çox diqqətlə baxdıqdan sonra onun Nabat xanım olduğunu və onları gözlədiyini anladı. Yavaşdan səslədi:
– Nabat sənsənmi?
Qaraltıdan səs gəldi:
– Mənəm, Pərviz! İrəli gəlin!
Nabat xanım qabaqda, Pərviz ilə yoldaşları isə onun dalınca gedirdi. Nabat xanım gecə paltarına bürünmüşdü. Gecədən daha qara olan saçları bir hörükdə dalına tökülmüşdü, ayağında nazik və səssiz bir keçə başmağı vardı. Onun bədəninin hərəkəti və yavaşdan danişarkən səsinin titrəməsi özünün uzun zaman durub gözlədiyini və dekabr soyuqlarından üşüdüyünü göstərirdi.
Nabat ev dəhlizinə girib oradan kiçik bir otağa keçdi, otaq kiçik bir lampa ilə işıqlanmışdı. Nabat xanım işıqlı otağa girən kimi vaxtikən hazırladığı bir şalı götürüb başına saldı və otaqdakılara muraciətlə:
– Bağışlayasınız, gecə paltarındayam, – dedikdə Pərviz:
– Burada yad adam yoxdur, - dedi, – gərək ki, bunları tanıyırsan, öz yoldaşlarımızdır.
Nabat xanım əvvəlcə Rzabalanın anası və birinci arvadı yatan otağın qapısını daldan bağladı və sonra Pərvizə müraciətlə:
– Gəlin dalımca! – dedi və salondan sola tərəf açılan qapıdan içəri girdi.
Nabat xanım Rzabalanın otağının pəncərələrini qapamışdı, içəridə hər nə baş verirsə versin, eşikdəkilərin xəbəri olmayacaqdı.
O, böyük lampaları yandırıb otağı işıqlandırdı. Əvvəlcə yazı stolunun üstündəki kağızlar yoxlandı, xBəlvayi-Təbrizə adlı balaca kitabçanın içərisindən 9-cu ildə əks-inqilabçı təşkilat sayılan dİslamiyyəə təşkilatına yazılmış iki məktubun qarası çıxdı.
Birinci məktub:
«Cənab Şücai-Nizam Şükrulla xan! Səttar xan və Bağır xanın müdafiə tədbirləri bundan ibarətdir: Quruçay və Xiyabandan tutub Acıçayına, Bağmeşə tərəfindən Şeşgilan sərhədinə, Bağmeşə dərvazasından Mirzə Cavad müctəhid küçəsinə və buradan keçib Sahibüləmr meydanı, Dəvəçi qapısı və Saman meydanına qədər bütün bəndərlər və keçidlərdə səngərlər düzəldib toplar yerləşdirilibdir. Bu tərəflərdə camaatı səfərbər edib iki yüzə qədər səngər qayırmışlar. Səngərlərin hər birisində iyirmi nəfərdən artıq gözətçi yoxdur. Bunlar növbə ilə dəyişilirlər.
Seyid İbrahim məqbərəsi və Əli Eyrançı Dərbəndi tərəfləri boşdur. Bu tərəflərdən hücum edib Əncüməni işğal etmək mümkündür. Ləklər küçəsi tərəflərində də istehkamlar yoxdur. Hər halda Əmirxizi işğal etmək və Səttar xanın mərkəzini dağıtmaq ancaq bu tərəflərdən mümkündür.
Sizin müxlis bəndəniz Azaöala
Şənbə, cəmadiyələvvəlin 26-ında».
Bu məktub göstərirdi ki, Rzabala indi deyil, hətta 7-ci illərdən başlayaraq Təbriz inqilabçılarının sirlərini hökumət ordusuna verirmiş. Bu məktublar nəticəsində biz hökumət ordusunun istehkam olmayan tərəflərdən hücum edib inqilab mərkəzinə soxulduqlarını xatırlayırdıq.
Bu məktubun surətini Pərviz çox sürətlə köçürüb ikinci məktubu oxumağa başladı.
İkinci məktub Rzabala tərəfindən sərdar Nüsrət Rəhim xana yazılan məktubun qarası idi.
€Cənab sərdar Nüsrət! Xudavəndi-aləm özü şahiddir ki, bəndə və mənim ailəm, sizin Təbrizə nicat vermək üçün gələn gününüzü bayram etdik. Çox təəssüf edirəm ki, silah götürüb özümü sizin qədəmlərinizdə qurban etmək səadətindən məhrum olmuşam. Malım, dövlətim, ailəm, bədbəxtanə inqilab məhəlləsində əşrarın içindədir. Bunlar tüccarın var-yoxunu alıb mücahidlərə verirlər. Tez-tez vergi verməmək üçün gedib demokratların dəstəsinə qoşulmuşam, bir təhərlə başımı dolandırıram. Mənim kimi yüzləri vardır.
İnqilab qanunları, inqilabın əleyhinə gedənlərin bilatəxir edam edilməsinə əmr edirlər, buna görə də səsimizi çıxarmaq mümkün deyil. Sizin ayağınızın torpağına qurban olum, bizi bağışlayın! Məktu» gətirən qadınla cənab sərdar Nüsrət üçün iki şüşə də əla şərab göndərdim. Həzrət əşrəfin yenə də nə əmri olsa hazıram.
Rzabalaə.
Hamısından sonra bu məktubların cavabını axtarmaq lazım idi, buna görə də yazı stolunun üstündəki kitabları diqqətlə varaqlamağa başladılar. Axtarışda Nabat xanımın özü də iştirak edirdi. Yazı stolunun qutusundan birinci arvad və ikinci arvadın kəbin kağızları çıxdı. Nabat xanım kəbin kağızını gördükdə:
– Çoxdandır ki, bu kağız bizim evimizdən yox olmuşdu. O məlun kəbin verməmək üçün bu kağızı bizdən oğurlatdırmışdır, – dedi və yenə də kəbin kağızını yerinə qoydu.
Yeşiklərdən əldə edilən vəsiqələrdən Rzabalanın Məmmədəli şah Təbrizdə vəlihəd olduğu zamanlardan bəri casusluq etdiyi meydana çıxdı. Rzabala 12-ci illərin əvvəllərində Müxbirissəltənə Təbrizdə olduğu zamanda da xalqın əleyhinə materiallar verirmiş. Nədənsə Rzabaladan tapılan vəsiqələr içərisində onun Səməd xan ilə olan əlaqəsinə dair heç bir vəsiqə tapılmadı. O nə Səməd xan, nə də çar konsulxanası ilə əlaqədə olmamışdı. Belə görünür ki, Rzabala inqilab əleyhinə çalışmağa öz məmləkəti üçün qiymətli bir xidmət hesab edirmiş. Buna görə də rusofil Hacı Səməd xanı sevməmiş və onunla əlaqə saxlamamışdı.
Onun sandıqlarını açmaq lazım gəlirdi. Nabat xanım qalxıb yazı stolunun sağdan birinci qutusunu çıxarıb yerə qoydu və əlini uzadıb stolun böyründən iki açar çıxartdı.
Qabaqca sandıqlardakı vəsiqələr yoxlandı, kiçik bir qovluqda onun mühüm vəsiqələri yerləşmişdi. Onun vəsiqələri içərisində Rəhim xan və Eynəddövlədən aldığı himayə vərəqələri vardı.
€Cənab Rzabala Şeşgilani çox müsəlman və inanılmış adamdır. Dövlət və millətin xeyirxahıdır, məşrutəçilərin əleyhinə olduğu üçün bizim himayəmizdədir. Qoşun rəislərinə tapşırılır ki, cənab ağaya heç bir vəchlə zəhmət verməsinlər.
Sərdar Nüsrət Rəhim xanə.
Rzabalanın Eynüddövləyə yazdığı məktubunda bütün mücahid rəhbərlərinin və məşrutə yolunda çalışanların siyahısını yazıb göndərdiyi məlum oldu. Onun sandığından belə bir siyahı çıxdı:
«Cənab şahzadə!
Məşrutə yolunda malından, canından keçənlər bu adamlardan ibarətdir. Məhəllə səngərlərində oturan mücahidlərin sərkərdələri həmin məktubla sizə göndərdiyim bidinlərdir:
Xiyaban, Bağmeşə, Maralan səngərlərində Ağa Mir Haşım və onun oğlu Ağa Mir Məhəmməddir. Nayib Tağı (Bala Tağı), Nayib Cəlil, Kərbəlayı Seyid Hüseyn, Çavuş ağa Həsən (məşhur dəli), Maralanlı Nayib Hüseyn xan, Kəblə Həmzə Fərraşbaşı, Hacı Hüseyn Əllaf, Nayib Məmməd (əhəng bişirən), Məmməd ağa Nəccar, Məmmədəli Soltan və Cəfər xan Qarabığlar, Ağa Mir Həsən Mirabdullaoğlu, Mir Kərim ağa, Hacı ağa, Ağa Hüseyn (üç qardaşlar), Ağa Əli Qarabağlı, Ağa Seyid Hüseyn Acudanbaşı, Hüseyn Bağban.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-nabat-xanim
Use ← → keys to move, R for a random poem
More by this author
Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi.İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı.
Vasya menşeviklər təsirindəNeçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər.Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü.
Qubernator Nakaşidze vuruldu– Sən tabağını götür burdan çəkil!– Hara çəkilim?
Hökumətin ikinci xəyanətinə qarşıÇar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.
Poems by other poets
Cadu gözünə rahibü tərsa nə münasib?Əyri qaşına taği-kəlisa nə münasib?
Gözün yine kaş yayını kurmış atar ohşarGözün yine kaş yayını kurmış atar ohşarBir yaya degül kanı ola mı çatar ohşar
بر بیدلان گذشت و نکرد این طرف نگاهماییم در زمانه دلی و هزار آه
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi