Xeyr ilən şər düşdü bir əyyamə, əyyam ağlasın,Qətlə yetmiş nəsli-peyğəmbərçün İslam ağlasın.

Şah Xətai bu məqamçün böylə bir fərman verib,Bir gecə şam bərq vursun, bir gecə şam ağlasın.

Bir zaman imzasına qurban kəsənlər indi də,Qoy həmən qurbanlara çəksin bir əncam ağlasın.

Böylə qarğış eyləmiş yəqin bizi zalım fələk,İqtidar gülsün, əsir qızlar hər axşam ağlasın.

Bax, beş-on şirvandan ötrü əsgərin əhvalına,Zabitin döydürdüyü cansız bir əndam ağlasın.

Məhkəmə iş verməsə bir kimsə iş verməz dedim,Orda da yerlər dolub, qoy "Qulp"da reklam ağlasın.

Sadə fəndlərnən neçə dağ boyda insan yıxmışıq,Qoy paxıllıqdan yanıb qeyz ilə Vandam ağlasın.

Pünhanın söz-söhbətindən inciyən, Pünhanı yox,Sözlərin etsin qulaqlarında edam ağlasın.

10 mart, 2002

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets