Bu adam, bizim adamdır
Gözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,Yediyi tamam haramdır, bu adam bizim adamdır.
Yemək ilə doymaq olmur, dedi ki, vətən malından,Yalayım doyum məqamdır, bu adam bizim adamdır.
Neçə ildi parlamanda, gözünü döyüb oturmuş,Pulu çox, özü avamdır, bu adam bizim adamdır.
Desə ki, müsəlmanam mən, həzər et uzaq gəz ondan,Desə erməni qudamdır, bu adam bizim adamdır.
Alınıb əgərçi görsən, nəyi var tamam əlindən,Yeri daş qəfəsdi damdır, bu adam bizim adamdır.
O gələn qonaq-qaradan, mən ölüm nigaran olma,Adı nola ki, Aramdır, bu adam bizim adamdır.
Yezidə desə babamdır, ona lənət eylə, Pünhan,Desə ki, babam İmamdır, bu adam bizim adamdır.
7 noyabr, 2001
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-bu-adam-bizim-adamdir
Use ← → keys to move, R for a random poem
More by this author
Yıxıl acından öl, uzan, yuxunda iqtidarı gör,Dedikləri qərara bax, yedikləri naharı gör.
Hamı cığal içindədirƏl əli, əl də üz yuyur – ölkə zaval içindədir,İynə çuval içindədir, xəlq sual içindədir.
Qələm varağı yandırarƏsilli qız gəlin gələr-gələr ocağı yandırar.Əsilsizin ki, əsli yox, bayır-bacağı yandırar.
Nəyimə gərəkdir Qarabağ?!İki bağ əlli otaq – nəyimə gərəkdir Qarabağ,Bura dərya, ora dağ – nəyimə gərəkdir Qarabağ.