İki bağ əlli otaq – nəyimə gərəkdir Qarabağ,Bura dərya, ora dağ – nəyimə gərəkdir Qarabağ.

Qıdı Kirvəm də mənimlə qapı bir qonşu düşüb,Vururuq gündə araq – nəyimə gərəkdir Qarabağ.

Deyirəm, yaxşı ki, çox qurdalamırlar bu işi,Dolanır arvad-uşaq – nəyimə gərəkdir Qarabağ.

Yekə dağlar ətəyindən tutan alçaq təpəyəm,Təpədəndirsə maraq – nəyimə gərəkdir Qarabağ.

Onun hərbində də, sülhündə də sirlər görünür,Qalanır sirli ocaq – nəyimə gərəkdir Qarabağ.

Demə, yüzlərlə «mataq»lar dolaşırmış Bakıda,Bakıda varsa «mataq» – nəyimə gərəkdir Qarabağ.

Binədə, Maştağada çox yeri zəbt eyoəmişəm,Ni dinir dil, nə dodaq – nəyimə gərəkdir Qarabağ.

Kimisi atəşi kəsdi, kimi düşmən qulağın,Xatası məndən uzaq – nəyimə gərəkdir Qarabağ.

O qədər səbr edirik ki, dığa həll etsin işin,Sümüyə çatası bıçaq – nəyimə gərəkdir Qarabağ.

Demə, Pünhan, Qarabat bir də gərəkdir nəyimə,Yaşıla, qırmızıya, göyümə gərəkdir Qarabağ.

20 aprel 1998, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland