Hərbdən qorxmaz o kəs ki, qeyrəti qanındadır,Düşmənindən intiqam almaq onun canındadır.

Gəl gedək əsgər, vuraq xəncər Yəzidin başına,Zalimin mərddən payı, al qanə qəltanındadır.

Əsl qeyrət sahibi rahət yatammaz bir gecə,Ondan imdad gözləyən qız ta ki, düşmanındadır.

Hərbi xidmətdən nə bilmək istəsən-məndən soruş,Varlı pul, yoxsul isə can vermək imkanındadır.

Bir zaman bostan müqəvvasın yerindən laxladar,İllər ilə atdığım daşlar ki, bostanındadır.

Torba tikməkdən keçiblər, "turba" tikmək fəndinə,Amma hər iksində məqsəd Molla yorğanındadır.

Binəva xəlqin malıynan varlanan karvanbaşın,Parçalar bir gün quduz itlər ki, karvanındadır.

Bir ovuc insan bazar zənn etdiyindən ölkəni,Hər bazar, var bir yazar ki, qulpun ekranındadır.

Tez çıxıb getsin o dövran ki, şərikdir İblisə,Tez gəlib çıxsın müqəddəs il ki, dövranındadır.

Düz qələmdən əyri çıxsa Pünhanın, yarəb, sözü,Süst olub düşsün yazan əllər ki, ünvanındadır.

25 dekabr, 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets