Xonçalara qoyulmarıq,Yardım olsa sayılmarıq,Öskürsək də ayılmarıq,Yorğanımız sırığ-sırığ,Bu millətin qulpu qırığ.

Həyat qalıb yoldaş gedib,Qeyrət olub nimdaş gedib,Alt üst düşüb, üst-baş gedib,Yubkalar da cırığ-cırığ,Bu millətin qulpu qırığ.

Kür bulanıb Araz qalıb,Şillə dəyib qapaz qalıb,Bakı əhli bir az qalıb,Qalanın da işi fırığ,Bu millətin qulpu qırığ.

Baş yolumuz qüsurludur,Ayaq yolu çuxurludur,Üzümüz çoxsüxurludur,Bellərimiz sınığ-sınığ,Bu millətin qulpu qırığ.

Ac qurdlarla dolub meşə,Ələ gələn, keçib dişə,Meşəbəyi düşüb işə,Vəhşilərlə dolub qoruğ,Bu millətin qulpu qırığ.

Əvvəlimiz Nəbi, Həcər,Axırımız həftəbecər,Dəliləri Həmzə seçər,Ağıllını zindana yığ,Bu millətin qulpu qırığ.

24 fevral, 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland