Misli yoxdur təkliyin
Sən Məhəmmədsən, Əminsən, haqqa yoxmuş şəkliyin,Haqq ilə yüksəldiyiyinçün, enmədi yüksəkliyin.
Ad qoyub tarixdə qurdun haqq cümhuriyyətin,İncimə, bir gün dizin vursaq yerə gerçəkliyin.
Cavidin qəbrin köçürdənlər vətən torpağına,Kaş səni bir gün köçürdüb, bildirə istəkliyin.
Hey yedik, harınladıq bir heykələ pul tapmadıq,Heykəlin qəlb içrə qaldı torpaq üstə əkliyin.
Qəlb bulandırmaq üçün böhtan atıb bəzən sənə,Göstərib bir çoxları aşkara öz milçəkliyin.
Ey, şahı mədhiyyələrlə mədh edib bütləşdirən,Agah ol ki, şaha çoxdan bəllidir təlxəkliyin.
Biz vəkil seçdik ki, bar-bar hayqırıb haqq istəsin,Amma bu, əla bilirmiş elminin əsnəkliyin.
Müstəqillik qayçısıynan qırxıb-ütdük milləti,Çünki biz Lenindən aldıq dərsini dəlləkliyin.
Tərki-dünyalıq edib, Pünhan, qatıl tənhalığa,Bil ki, haqqı tapmaq üçün misli yoxdur təkliyin.
15 iyun 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-misli-yoxdur-tekliyin
Use ← → keys to move, R for a random poem
More by this author
Son zamanlar qəzetlər elə şeylər yazırlar ki, adamın heç inanmağı gəlmir. Biri deyir, iqtidarda elə adamlar var ki, müxalifətə "işləyir". O biri deyir, müxalifətdə elələri var ki, iqtidara "işləyir". Bu yaxınlarda isə qəttəzə bir şey oxumuşam. Yazır guya iqtidarda elə adamlar var ki, xalqa işləyir. Elə o gündən bütün məmurlar bir-birinə dəyib həmən adamları axtarırlar...
AğciyərlərVallah, bu millətin belə qorxaq olduğunu bilmirdim. Əşi, işıqçıdan qorxurlar, qazçıdan qorxurlar, zibil pulu yığandan qorxurlar... Deyirəm, Allah eləməsin, erməni gəlsə neynərlər?
Dialoq nədir– Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Məni bir başa sal görüm, dialoq nə deməkdi?– Dialoq o deməkdi ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.
Doyan bu rəhmətlik kimi olarNeçə ildir ki, yan-yörəmi tikirlər. Uzununa tikirlər, danışmıram. Eninə tikirlər, danışmıram. hündürlüyə qaldırırlar, danışmıram. Suyumdan su, qazımdan qaz, işığımdan işıq çəkirlər danışmıram. Görürlər ki, danışmıram, deyirlər, qonşu bəlkə bir-iki metr yer verəsən özümçün maşın yolu düzəldim. Üzünə baxıb, susuram. Yenə danışmıram. Mənim susmağım daim dərdli olduğumdandır. Mənim dərdim, Qarabağın olmadığındandır, gəlin-qızlarımızın ermənidə əsir olduğundandır. Amma gecə-gündüz yorulmadan tikən, genişləndirən, bağ salan bu adamlarda bu qədər həvəs, fərəh hardandır bilmirəm. Bu yaxınlarda ev tikən yerdə bir qonşumun başına beton düşüb, öldü. Təbii ki, mən də yasa getmişdim. Ölü qalmışdı bir yanda, qonşular yer üstdə böyük mübahisəyə çıxmışdılar. Biri o birinin evinin üstündə ev tikmək istəyirdi, bu qoymurdu. O biri onun altında nə isə tikmək istəyirdi o qoymurdu. Mən də hamının üzünə baxa-baxa dinləyirdim. Amma danışmırdım.Söhbətin bir yerində dözə bilməyib qonşularımdan birinə dedim: "Ay qonşu, bu qədər ki, tikirsən doymursan bəyəm?". O mənə belə dedi: "Günlərin bir günü iki mollanı birlikdə qonşu kəndə yas yerinə çağırırlar. Onlar yası yola verib qurtarana yaxın başqa bir yas yeri də çıxır. Faytona minib ora gedirlər. Orda da xəbər gəlir ki, o biri kənddə Quran taşpırmaq lazımdır. Yeməkdən gücnən tərpənən mollalar bu yeri də əldən vermirlər, gedirlər. Və, nəhayət, gecədən xeyli keçmiş faytonla öz kəndlərinə qayıdırlar. Faytonçu mollaların fısıltısına qulaq asa-asa xırda-xırda faytonu sürür.
Poems by other poets · Divine love
درین حضیره هر آنکس که غیر اوست نگنجد
جلوه مستانه آن سرو قامت را ببینچشم بگشا موجه دریای رحمت را ببین
MənəmTifil ikən sənsən yar olan cana,Çox çəkən yad eldə zəlalət mənəm.
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.