Küsmüsən canandan, ey can, dur gedək canan gilə,Bir də heç vaxt olmayaq mehman, şəbi-hicran gilə.

Kim qapım sidq ilə açmış, canı qurban etmişəm,Kim döyübdür məkr ilə, göndərmişəm heytan gilə.

Dərdimi izhar qılmaqçün bir adəm tapmadım,Çox soraq etdim, dedi, adəm gedib insan gilə.

Kaş əzəl gündən görəydim çərxi-dövranın üzün,Ayrılıb ondan gedərdim, özgə bir dövran gilə.

Çox gəlib imkan bizə, tez əl verib əldən çıxıb,Bir məqamın tutmuram, lövbər salım imkan gilə.

Giromə bu meydanə ki, meydan şəhid meydanıdır,Yağdırıb meydan oxu, meydanı sür, meydan gilə.

Bir əsirəm gözlərim həsrət dağından yol çəkər,Çəkdiyim yolnan qəsas almağa gəl düşman gilə.

«Biz sizi xəlq eylədik», pərvərdigarım ta dedi,Surə-surə, ayə-ayə, qalxaram Sübhan gilə.

Həqq verən nemətlər icrə, sözdür ən qiymətlisi,Çox şükürlər ki, o da, sel tək yağar Pünhan gilə.

4 aprel 1997. Bakıf

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate