Dördü qəm çiynimdə, hey ömr eylərəm hambal kimi,Bax, bu hamballıq yazılmış alnıma iqbal kimi.

Gah məni insan sanıb, gah heyvana nisbət qılıb,Olmuşam, billah əlində talein xammal kimi.

Gizli bir yer tapmıram ki, zülmi-taledən qaçım,Harda gizlənsəm bilir ünvanımı rəmmal kimi.

Zülm edən Allah deyil, insandır, ey dil, agah ol,Yəni ol insan ki, şeytandan betər dəccal kimi.

Borca-borcdur fani dünya, zülmə döz, qan ağlama,Zülmkarlar axırı, bir gün ular çaqqal kimi.

Bəxtimin Leylasını, illərlə gəzdim tapmadım,Ömr səhrasın ayaqdan salmışam abdal kimi.

Cahil insan üzdə bir myrənc zikil mislindədir,Kamil insan görsənər, ağ üzdə göyçək xal kimi.

Cahilin söz-söhbətin, yığ vur qulağın ardına,Aqilin hər kəlməsin, tut göydə bir qartal kimi.

Pünhan, ağsaqqallığı, gəl görmə ağ saqqalda sən,Eldə saqqalsız tanın Mail tək ağsaqqal kimi.

29 aprel 1996. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate