Ömür
Bircə yol verilir ömür insana,Tapılmış pul kimi baxma sən ona.Ya çatdır kişitək bu ömrü sona,Ya dalda yer ara, ayaqda yaşa!
Milyon insanların sən də birisən,Nolar bir məqsədlə yansan, ərisən?!Ya bir kölgə kimi süpür yeri sən,Ya da al, dildə gəz, dodaqda yaşa!
Dalğalı dənizə bənzəyir həyat,Köpürür bir saat, yatır bir saat.Ya üz qəvvas kimi, dərində qol at,Ya dayazda dolan, qıraqda yaşa!
Ömrünü bir cürə keçirir hərə,Yüzü də yaşayır bəzi boş yerə.Sən ya qartal kimi ucal göylərə,Ya sürün ilantək, torpaqda yaşa!
Sən ömür adlanan bir yol üstəsən,Bu yolda insana ağ gün istə sən.Təkcə öz ömrünü xoşbəxt istəsən,Bəşər övladından uzaqda yaşa!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-omur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ay ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
HanıGecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Qəzəl: Hər zəman kan qəd-o balaهر زمان کان قد و بالا ز نظر میگذردوه چها بر دل و بر دیدهٔ تر میگذرد