Dəniz
Sən o qədər genişsən ki,Yerləşər bir cahan sənə.Bu ulduzlu kainat daİnan, sığır gen sinənə.
Sən o qədər dərinsən ki,Bu dərinlik içində sənGöz görməyən, əl çatmayanMin xəzinə gizləyirsən.
Sən o qədər təmizsən ki,Sularına baş vurandaElə bil ki, uçuram mənBir buludsuz asimanda.
Gah durğunsan ayna kimi,Gah coşqunsan, narahatsan.Çırpınanda şir kimisən,Bir quzusan susub yatsan.
Mənim ola dərinliyin,Genişliyin, qüdsiyyətin.Gah çalxanan, gah durulanBu dəlisov təbiətin.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-deniz
Use ← → keys to move, R for a random poem
More by this author
Ay usta, o daşı hörmə binaya,Gözüm su içməyir o daşdan, deyim.
Daşlı qitələrƏzsin ayağımı qoy daşlar mənim,Düşmən köhləninə minən deyiləm.
Sən olasan mənimlə kaşSən olasan mənimlə kaş,Kim deyir ki, bezərəm?
Daşdan yaza-yaza elə bilməyinDaşdan yaza-yaza elə bilməyinSoyuq daşa dönüb ürəyim mənim.
Poems by other poets
Sərasər sərində mürəssə kuləh,Siyah pirahən sən, simtən pəri,
Sultan HəmidəNərədə qalıb həzreti xeyriil bəşər,Hümmətinə şövq ilə etsin nəzər.
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,