Əzsin ayağımı qoy daşlar mənim,Düşmən köhləninə minən deyiləm.Qoy yağsın başıma yağışlar mənim,Günəş tonqalıyam, sönən deyiləm.

Qışda təsəllini az verin mənə,Bir yaşıl yarpaqlı yaz verin mənə,Bir özüm nəğməli söz verin mənə,Alın nəyim varsa, dinən deyiləm.

Bu ana yurdumun hər qarışındaÇanlı tarixi var çansız daşın da.Mən də daşlaşaram el yaddaşında,Əriyib torpağa dönən deyiləm.

Sınayın ən ağır zamanda məni,Qoyun Qaracatək¹ sapanda məni,Atın, ulduzlara çatanda məniEndirmək istəsəz — enən deyiləm,

Arxada əsrlər, qarşıda illər,Sabahda ümidlər, dünəndə kədər.Üfüqlər alışır, açılır səhər —Mən həmin səhərəm, dünən deyiləm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland