Londonun tən ortasında,Pikadello meydanındaİstanbullu göygöz KamalƏyləşibdir dükanında.

O, bir funta aldığınıBir funt əlli pensə satır.Tiyanında atəş açanQovurduğu şabalıddır.

– Nə vaxt gəldin?– Dörd sənədir.– Niyə gəldin?– Çörək... para...Yüz “thank you” söyləyirəmMən şabalıd alanlara.

– Evlisənmi?– Əvət, əvət,Mən evliyəm, çocuq, qarı.Şabalıdla saxlayıramBu yad eldə mən onları.

– Vətən yada düşürmü heç?– Qovruluram şabalıdtək...– Yurda nə vaxt qayıdarsan?– Tanrı bilər... Görək, görək...

Türkiyədə qovurmağaŞabalıdmı tapılmayır?– Mən ki belə söyləmədim,Şabalıd var... Hayır... hayır...

– Sənə yasaq etmişdilərOrda alıb qovurmağı?Kamal susdu.Başa düşdüKinayəni, bu danlağı.

Bir cinayət eləmiştəkGözlərini yerə dikdi,Sonra beş-on şabalıdıBir kağıza alıb bükdü.

– Götür!.. – dedi.– Ver, “Thank you!”İngiliscə dedim mən də.O rəng verdi, o rəng aldıMən bu sözü söyləyəndə.

– Yox, danış öz lisanında.Mən bu dilə tamarzıyam.Bənzəri var türk dilinə.Mən məmnunam, mən razıyam...Sən gedərsən bu gün, sabah,Mən qalaram burda fəqət.O göy gözlər dumanlanır,Anlayıram nədir qürbət...

... Londonun tən ortasında,Pikadello meydanındaŞabalıdla bir qovrulurKamalhəsrət tiyanında.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets