Gecədən şeh düşdü güllərin üstə
Gecədən şeh düşdü güllərin üstə,Evlərin damında gölləndi qaldı.Dan yeri söküldü,Günəş ahəstəÜfüqün qövsündən qalxdı, ucaldı.
Bir anda yox oldu şeh danələriQızmar bir tavaya düşən damcıtək.Elə bil alından sildilər təri,Elə bil zivədə qurudu örpək.
Məhəbbət güllərin üstə şeh deyil,Deyəsən tez keçir, ömrü bir andır.Bunu nə zamansa bir aqil deyib:Məhəbbət dənizdir, çaydır, ümmandır!
Aylar dolansa da, il dolansa da,Eşqin ürəklərdən silinmir izi.Milyon illər boyu günəş yansa da,Quruda bilməyir çayı, dənizi!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-geceden-seh-dusdu-gullerin-uste
Use ← → keys to move, R for a random poem