Əbədiyyət
Mən sənin nəğmənin əks-sədası,Könlünün tükənməz arzularıyam.Qışında — bir ilıq bahar havası,Yayında — bir sərin quzey qarıyam.
Gecə zülmətində, qaranlığındaQəfildən parlayan qəmərinəm mən.Kədərli çağında, qəmli çağındaDərdini dağıdan xəbərinəm mən.
Səadətlə keçən illərinəm mən,Mənsiz itirirsən bu səadəti.Günəşə uzanan əllərinəm mən,Məndədir qəlbinin od hərarəti.
Mən sənin yaşanmış dəqiqələrin,Hələ yaşanacaq ayın, ilinəm.Mən sənin məhəbbət adlı əsərin,Sevgi xallarıyla ötən dilinəm.
Mən sənin...Təsviri mümkünmü məgər?Hər şeyi söyləmək çətindir, çətin.Axı, necə deyim... Dağlar, dərələrKiçik zərrəsidir əbədiyyətin.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-ebediyyet
Use ← → keys to move, R for a random poem
More by this author
Telefon budkasının döyülür pəncərəsi,Əsəbi bir qadının gəlir qəzəbli səsi:
Elə bildim bahar gəldiElə bildim bahar gəldi,Sellər coşdu, sular gəldi,
İnciyib, söylə neçün getdin sən?İnciyib, söylə neçün getdin sən?Gəl ki, qəlbim sıxılır təklikdən,
Əzizim, vaxtında atılmayan oxƏzizim, vaxtında atılmayan oxSürətlə uçsa da, hədəfə dəyməz,
Poems by other poets
Namərdinən mərddən xəbər söyləyim,Namərd öz könlündə mənlik davalar.
Mürəbbə: Başına döndüyüm, ey şahi-xubanBaşına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
Yazla qışın deyişməsiYenə fikrim seyrə çıxdı yer üzünü başdan-başa,Dünya böyük bir tamaşa...
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri