Qaldı, arxada qaldı ömrün xöşbəxt illəri,İndi mənim əlimə dəymir sənin əllərin.Söylə, hərdən əsəndə soyuq payız yelləri,Dağılanda üzünə o pərişan tellərin,Deyirsənmi olaydıq eşqin gənclik yazında?

Heç olmasa xəyalın dumanlı aynasındaSəninlə bir anlığa gəlib görüşürəmmi?Yadına düşürəmmi?

Səadət fürsətini qaçırdıq sən də, mən də,Onu köhlən at kimi salmalıydıq kəməndə.Hərdən sevda yolunu azıb dumanda, çəndə,Sənə ümid verəcək bir işıq görməyəndəBələdçi olurammı cığırlar arasında?Heç olmasa xəyalın dumanlı aynasındaSəninlə bir anlığa gəlib görüşürəmmi?Yadına düşürəmmi?

Gəl, indi xatırlayaq bütün olanları biz,Özümüz yazmalıykən hökmü biz, qərarı biz.Taleyin əllərinə verdik ixtiyarı biz,Günah kimdədir görən? Mən bilmirəm! Barı, bizBir nişanə qoymadıq xatirə dünyasındaHeç olmasa xəyalın dumanlı aynasındaSəninlə bir anlığa gəlib görüşürəmmi?Yadına düşürəmmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets