Sünbüllər
Neçə il əvvəldə olduğu kimiGetdim kəndçilərlə mən də biçinə.Nəhəng məcməyidir elə bil zəmi,Zəfəran dağılıb sanki içinə.
Dən dolu sünbüllər başını əyib,Bir günah işləmiş adamlar kimi.Boşlarsa şax durub, özünü çəkib,Bu el sərvətində payı var kimi.
Baxıram, sünbüllər çeşid-çeşiddir,Qurban yerə düşən dənəsinə də!Sanıram hər biri canlı igiddir.Bir nəğmə yaraşır hərəsinə də.
Qışda bürüncəyi bəyaz qar olar,Bahar yağışında çimər sünbüllər.Yayda bir mehriban uşağa bənzər,Günəşin nurunu əmər sünbüllər.
Telləri saralıb çətirlənəndə,Vətən torpağıyla ətirlənəndə,Elin həyətində təndirlənəndəHəyat müjdəsinə dönər sünbüllər.
Bitər yamacda da, bitər yalda da,Nə dönüklük bilər, nə də aldadar.Halal süfrələrdə şəkər, bal dadar,Haram süfrələrdə zəhər sünbüllər.
Düşür xatirimə sınaq illəri,Qoymadı çətində bizim elləri.Xalqımın nə dərdi – geniş çölləriÖrtsə başdan-başa əgər sünbülləri!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-sunbuller
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
Qadasın aldığımBu bağlara bağban idim, bar, qadasm aldığım.Bəslədibdi dal budaqda nar, qadasm aldığım.
Gəl, sevdiciyimSəndən sən ayırdın məni, can qalmadı canda,Sənsiz yaşamaq ölməyə bənzər bu cahanda.
GüllərBaşına döndüyüm, ay mələkzada,Gözəllər içində növrəstə Güllər.