Səndən sən ayırdın məni, can qalmadı canda,Sənsiz yaşamaq ölməyə bənzər bu cahanda.

Qəlbimdə olun ağrılar artar bu bəladan,Qurbanın olum, gəl, məni qurtar bu bəladan!

Gəl, qönçələr açsın yenə, uçsun xəzəlim, gəl,Gəl, sevdiciyim, gəl, mələyim, gəl, gözəlim, gəl!

Gəlsən, gələcək yaz, güləcək gül, gedəcək qəm,Cənnət gələcəkdir, gedəcəkdir bu cəhənnəm!

İlham gələcəkdir mənə gəlsən yenə, gəlsən,Sənsizləmişəm, ah, bunu bilsən, yenə gəlsən!

Gəl, gülməsin aləm mənə, gəl, yalvarıram, gəl,Gəl, gəl ki ölüm səmtinə hər gün varıram gəl!

Çarpar deyə gülşənlərə bir qəhqəhə səndən,Gülşənlərə dalmaqda könül, nuru gedəndən.

Gülşənləri nurunla bərabər gəzəlim, gəl,Gəl, sevdiciyim, gəl, mələyim, gəl, gözəlim, gəl!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring