Getdin, günlərimə gün doğmur kimi,Axır gözyaşlarım bir yağmur kimi.

Baharım da getdi, gülüm də getdi,Gözümdən həyat da, ölüm də getdi.

Qalmadı ömrüm də, heçnə qalmadı,Kimsə mənim kimi dərdə dalmadı.

Özüm də bilmədim nə xəbər oldu,Gecəylə gündüzüm bərabər oldu.

Baharda gəlmişdin, baharda getdin,Getdin, gül də getdi, bahar da, getdin.

Getdi dadlı günlər, dadlı seyirlər,Baharda bərabər olur, deyirlər.

Gecəylə gündüz,Düz imiş bu, düz...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring