Avto-karvan içindənFaytonlar keçir hərdən.Nal səsləri ucalırAsfaltlı küçələrdən.Maşınlar süzüb keçir –Yaşıl, mavi, ağ, sarı.Atlar süzür arxadanBir kədərlə onları,Gənclər baxır faytonaMarsdan gələn meyvətək,Yaşlılar gülümsəyirKöksünü ötürərək.

İşıqforda işıqlarYenə növbəylə yanır.Atlar yaşılda keçir,Qırmızıda dayanır.Elə bil ki, at ağlıHər bir şeydən halıdır,Bilirlər: qırmızısa –Onlar dayanmalıdır!Faytonçu qırmancınıHavada yelləyir, bax,Əynində göy arxalıq,Başında da çal papaq.Fayton, keçən zamanınSonuncu yadigarı,İndi əyləncə üçünGəzdirir adamları.Sərnişinlər əylənir –Atmacalar, zarafat...Məhəl qoymur onlaraNə faytonçu, nə də at.Əzəli qaydasıylaAt yortur, fayton gedir,Cilovu bərk tutsa da,Faytonçu fikirdədir.Sanki asfaltdan qopanNal səsini sayır o,Yoxsa fayton şöhrətliƏsri xatırlayır o?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets