Həkim, mənə o nüsxəni yazma sən,Mənim dərdim başqa dərman istəyir.Bir cüt ulduz uzaq düşüb gözümdən,O gözləri könlüm yaman istəyir.

O pərişan saçlarının burmasıMəni belə eləyibdir pərişan.Hanı nazla oturması, durması,Hanı, hanı, o küsməmiş barışan?

Gözlərimi dumanladan yaşlarınQarşısında necə durum, dayanım?Hanı, azca çatılanda qaşlarımYarım sözdən ürəyimi duyanım?

Hanı qəmli çağlarımın qənimi,Hanı xoşbəxt günlərimin ortağı?Söz gülləsi yandırmamış sinəmiHanı onun canlı sipər olmağı?

Həkim, məni dava-dərman sağaltmaz,Durmağımı istəyirsən Əgər sən —O nüsxəni bir saatlıq görüş yaz,Bir saatlıq...Hikmətini görərsən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets