Zahid, bir neçə kəlmə sən,Eşit şəhri-qiyamətdən.Gör nə cəfalər gorübdürKönlüm bir sərvqamətdən.

Nə qəddi sərv, sənubərdir,Yoxsa şümşadi-Azərdir.Ya möcüzi-peyğəmbərdir,Zahirdir çox əlamətdən.

Ya məgər xaliqi-sifat,Xəlq etmiş bir həbbi-nəbat,Ləbləridir abi-həyat,Əmmək olmaz lətafətdən.

Olur mənim kimi hər ac,Qaşların gəncinə möhtac,Görsə bu guşəni həccacÜz döndərər ziyarətdən.

Bax mövsümi-novbaharə,Əzmi-seyri-gülüzarəƏndəlibi-bəxtiqarəSöyləsin bu rəvayətdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets