Eyləyibdir çox cəfalar,Məni-binəvayə zülfün.İncidib, salmış özü tək,Nə uzun sevdayə zülfün!

Dönüb bir sultani-sədrə,Təkyə vermiş mahi-bədrə,Tən eylər leylətül-qədrə,Həm şəbi-yeldayə zülfün.

Olma eşq əhlinə qatil,Cahil, sən qədri-qiymət bil.Necə ki, göylərdən qəndil –Asmış kəlisayə zülfün.

Sənsən, ey şahların şahı,Eşq əhlinin qibləgahı,Bağışlarlar hər günahı,Tutsa əl duayə zülfün.

Eylə Əndəlibi-zari,Siyah zülfün giriftari.Çox aşiqi-biqərariDöndərsin şeydayə zülfün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love