Nə qədər uzağıq bir-birimizdən
Nə qədər uzağıq bir-birimizdən,Arada dənizlər, dağlar var indi.Bura şaxta düşcək deyirəm ki, mənBəlkə də oraya yağıb qar indi.
Mənə belə gəlir...Əslində ordaBahar çiçəkləri açıbdır yəqin.Çoxdan sovuşubur boran da, qar da,Artıq üşüməyir əlcəksiz əlin.
Bunları bilirəm,Fəqət neyləyim,Qəlbim sənin üçün çox narahatdır.İstəsən təskinlik tapsın ürəyimBir yaz çiçəyini tez ona çatdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-ne-qeder-uzagiq-bir-birimizden
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ey əzəldən eşqün ilən əhdü peymanım mənim,Ta əbəd sevdayi-zülfin munisi-canım mənim.
Süleyman RüstəməSəni hər görəndə uçur xəyalım,Yadıma ən gözəl bir dövran gəlir.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,