Ey əzəldən eşqün ilən əhdü peymanım mənim
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey əzəldən eşqün ilən əhdü peymanım mənim,Ta əbəd sevdayi-zülfin munisi-canım mənim.
Şərhi-halimi bilür hər kim görür səndən irağ,Ruyi-gərdalud ilən çaki-giribanım mənim.
Dustilər qan ağlağay mən piri-hicrin halına,Lalə tək gər zahir olsa daği-pünhanım mənim.
Qılmaya badi-səba zülfin pərişan hər səhər,Şami-hicran gər görə hali-pərişanım mənim.
Ağzıma süd əmzirən göz mərdümidür dəmbədəm,Şərmisar etdi məni bu çeşmi-giryanım mənim.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nola gər qul Kişvərinin halına qılsan nəzər,Çünki səndən özgə yox heç kimsə sultanım mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-ey-ezelden-esqun-ilen-ehdu-peymanim-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Mən ki, həmdəm bolmadum bu çeşmi-cadular bilə,Düşmüşəm səhrayə ülfət dutmuş ahular bilə.
Sənun tək xanı bir növrəs, nihali-çaridəh saləSənun tək xanı bir növrəs, nihali-çaridəh salə,Boyu ər’ər, xəti ənbər, gözü nərgis, yüzü lalə.
Ey saçı sünbül, yüzi dadə, gözi ahubərəEy saçı sünbül, yüzi dadə, gözi ahubərə,Boldu sənsiz ruzigarım tirəvü bəxtim qarə.
Vəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenəVəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenə,Bidilü bidilbərü bixanüman boldum yenə.
Poems by other poets · Love
Qanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
آن لعل شکر خنده گر از هم بگشاییحقا که به یک خنده دو عالم بگشایی
Ahu baxışlı bir qızFüsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,