Vəh ki, boldum sənsizin avarə, bilmən neyləyim,Qalmışam biçarəvü bir çarə bilmən, neyləyim.

Zərrəyi-sərgəştə mən, sən afitabi-övci-hüsn,Zə’fliqdən qulluğuna varə bilmən, neyləyim.

Aşiq olan müddəinün minnətin çəkmək gərək,Vəh ki, mən hər nakəsə yalvarə bilmən neyləyim.

Ğönçəyanlıq könlüm oldi qan, ləbaləb hicrdin,Lalə tək bağrımdurur yüz parə, bilmən, neyləyim.

Xəlq der ki, ol vəfasızdur, bir özgə yar dut,Ağrımaz barmağa əski sarə bilmən, neyləyim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvərinün başına səndən gəlürsə yüz bəla,Hökmi-sultandur, anı qaytarə bilmən, neyləyim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love