Ol ki, verür canü canan yüzüni görməz mənəm,Ol ki, tartar dərdü dərman yüzini görməz mənəm.

Ol ki Məcnun tək sənün eşqündə, ey Leylisifət,Tərki-sər qıldıvü saman yüzini görməz mənəm.

Ol ki, suzi-atəşi-hicranara pərvanəvar,Yanarü şəm’i-dirəxşan yüzini görməz mənəm.

Ta ki, verdim həlqeyi-zülfi-pərişanına dil,Kafəri kim, hiç iman yüzini görməz mənəm.

Vəh ki, məhruməm mən ol güdəsteyi-firdovsdən,Bağibani kim, gülistan yüzini görməz mənəm.Bulmadı hiç kimsə bu dərgahidən növmüdlik,Mur-ləngi kim Süleyman yüzini görməz mənəm.

Eşigində Kişvəri tək olsa yüz bəndə, vəliBəndəyi kim, hiç sultan yüzini görməz mənəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love