Çü qomuşsan rəhi-eşqində, ey qanlı könül, başın,Ğəmi tərk etmə kim, ğəmdür bu yolda əski yoldaşın.

Məlaik tək sən, ey hurisifət, ruhi-mücərrəddən;Sana xurşid olub dayə, Məsihadur əməkdaşın.Süpürdüm asitanuni bu qanlu kirpigim birlə,Bolub mən binəva piranə səri-eşikdə fərraşın.

Gözümdən qan rəvan qıldı əlif tək qamətim əgdiSəpilmiş zərvərəq yüzün, əgilmiş vəsməlü qaşın.

Səgi-kuyi səni görgəc qaçar, ey Kişvəri noldiKi, sormaz haluni bir neçə gündür ol qara daşın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets