Sınsa oxun rişteyi-can birlə peyvənd eyləyim,Tapsa çün peyvənd anı, bağrımara bənd eyləyim.

Zindəgani ləzzətin ol dəm tapam mən piri-hicrKim, dilü can sərfsən fəzanə fərzənd eyləyim.

Səndən özgə kimsəyə könlüm əgər mehr eyləyə,Vallah anı diş ilə pərkənd-pərkənd eyləyim.

Səndən ayru, ey şəkərləb, zəhri-hicrini sorub,Xəstə cana çaşnı şərbəti-qənd eyləyim.

Necə ey bəd mehr hicran zülmətindən hər gecə,Və’deyi-vəslin bilə canımnı xürsənd eyləyim.

Xosrovi-Təbrizdən çün bolmadı kamım rəva,Eyb imas gər meyli-türkani-Səmərqənd eyləyim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvəri tək şireyi-şe’ri-Nəvai birlə mən,Sən cigər pərkaləsi can birlə peyvənd eyləyim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation