Şəm’ tək könlüm yanar yüzin görüb cananənin,Şəm’idən hasil həmin yanmaqdurur pərvanənin.

Dil uzatdı həlqeyi-zülfi-pərişanın sarı,Şax-şax anın içün boldi zəbani şanənin.

Pəs ki qan səpdi gözüm hər yan dərü divarinə,Şərmisarəm yüzidən bu külbeyi-viranənin.

Sən gedəndən bərlü çeşmim xanəyi-tarik irür,Lacərəm yanmaz çirağı heç əyasız xanənin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvəri iki cahan nəqdün verür vəslin içün,Gərçi yoxdur qiyməti sən gövhəri-yekdanənin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love