Pərişan ruzigarəm bir pərivəş yardan ayru
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Pərişan ruzigarəm bir pərivəş yardan ayru,Günümm dün tək qaradur, bir məhi-rüxsardan ayru.
İrağ yüzündən, ey firdövs bağın tazə gülzari,Mənəm bir bülbüli-nalan düşüb gülzardan ayru.
Nəzər qıl, ey gözi nərgis, məni-biçarə kim, qaldımZəifü natəvan ol nərgisi-bimardan ayru.
Qurudu natəvan cismim, sədəf tək ağzım açılmış,Sən ey yekdanə, qiymətsiz düri-şəhvardan ayru.
Nə san qaldı bizə, nə dil ki, yarəb, qalmasun hərgizNə can bir ləhzə canansız, nə dil bir yardan ayru.
Giriftari-qəfəs boldum, yenə tutisifət, leykənZəbanüm laldur ol lə’l-şəkkərbardən ayru.
Maqta — the closing couplet bearing the poet’s pen name. Cigərxun Kişvəridən ayrusan, ey gül, vəli bil kim,Gülə qalmaz təravətliq çü düşdü xardan ayru.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-perisan-ruzigarem-bir-perives-yardan-ayru
Use ← → keys to move, R for a random poem
More by this author
Necə kim, xəlqi dirildür şivəvü rə’nalığın,Vəh kim, öldürdü məni məstivü bipərvalığın.
Ey məni aşüftə qılğan ənbərəfşan kakilünEy məni aşüftə qılğan ənbərəfşan kakilün,Ruzigarımnı qılıb mundaq pərişan kakilün.
Ey gözü qarətgəri-imanü bərsər kakilinEy gözü qarətgəri-imanü bərsər kakilin,Bağladı islamara zünnari-kafər kakilin.
Ruzin həmişə xürrəm, fərxəndə ruzigarınRuzin həmişə xürrəm, fərxəndə ruzigarın,Bolsun mübarək, ey gül, novruzü növbaharın.
Poems by other poets · Love
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Zavallı könlümXərababadi-qəmdir eşq ilə e'mar olan könlüm,Yanır sevdayi-canan ilə atəşzar olan könlüm.
ƏlindənQan ağlar can quşu daim,Rəhmsiz səyyad əlindən.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,